Avrasiya Yazarlar Birliyi tərəfindən bu il üçüncüsü keçirilən “Uluslararası Kaşgarlı Mahmut Hikâye Yarışması”nın qalibləri arasında Yazar.in müəlliflərindən Peykər İbrahimovanın da adı olub. “Müsabiqənin elanını görəndən sonra hekayələrimdən birini tərcümə edib göndərmək qərarına gəldim”, - deyən gənc yazıçı sonradan fikrindən daşınıb: “Sonda qərar verdim, yeni hekayə yazım. Əslində, bu hekayə “Belə olsaydı, necə olardı?” sualında yarandı. Nəticədə, “Hayali yazarın çevirileri” adlı hekayə ilə müsabiqədə iştirakçı oldum”.
Hekayənin redaktəsində tələbə yoldaşından kömək alan Peykər İbrahimova, “hekayəmi göndərəndən sonra mənə nəticəni gözləmək qalmışdı. O da yaxşı oldu – müsabiqədə Türkiyədən kənar Türkiyə türkcəsi ilə iştirak edən hekayələri sırasından seçilən və “Jüri Teşvik Ödülü” ilə mükafatlandırılan hekayə müəllifləri arasında Birinci oldum”, -dedi.
Qeyd edək ki, Avrasya Yazarlar Birliyi tərəfindən təşkil edilən “Uluslararası Kaşgarlı Mahmut Hikâye Yarışması” türk dünyasının tək müştərək ədəbi müsabiqəsidir.
Müəllifə bundan sonrakı yaradıcılığında da uğurlar arzı eirik!
Müəllifin Yazar.in profili: Peykər İbrahimova