Yazar.in müəllifinin kitabı çap olundu
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 22:36 17 oktyabr 2018 tarixində əlavə olunmuşdur

Yazar.in müəlliflərindən Uraqanın (Emin Abdullayev) ilk kitabı çap olunub. "Hərbidən qeydlər" adlı kitab "XAN" Nəşriyyatında nəşr edilib.

Müəllifin hərbi xidmətdə olarkən yazdığı kitabda  fəlsəfi düşüncələri, hekayə və məqalələri yer alıb. Cəmiyyətimizdə qaranlıq qalmış bir çox problemlərə toxunulub, həmin situasiyaların həll yolları təklif olunub. 

Oktyabrın 28-də, saat 15:30-dan 18:00-a qədər "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında "Hərbidən qeydlər" kitabının təqdimatı olacaq. Tədbirdə iştirak etməklə müəllifin imzalı kitabını əldə etməklə yanaşı, 20 AZN dəyərində hədiyyə kuponu da qazana bilərsiniz. Həmin hədiyyə kuponu ilə "kitabevim.az" mağazalarından 20 AZN məbləğində alış-veriş edə bilərsiniz. 

Kitabın qiyməti isə 3,5 AZN-dir. 

Kitab haqqında əlavə məlumatları müəllifin özündən soruşa bilərsiniz: Uraqan (Emin Abdullayev)


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0485 saniye