Bu gün Yazar.in saytının 2 yaşı tamam olur. Ötən 2 il müddətində 200-dən çox müəllif və yüzlərlə oxucu kütləsi qazandıq. Yazılarını paylaşan gənc yazıçılar imzalarını tanıtmağa müvəffəq oldular. Hətta bəziləri müxtəlif müsabiqələrdə qalib gəldilər, iş təklifləri aldılar. Düşünürəm, yaxşı bir işin öhdəsindən gəlmişik.
Ötən müddət ərzində çətinliklərimiz də oldu. Sayt bəzi vaxtlar işləmədi, bəzi problemlərlə qarşılaşdıq. Bu müddətdə bizə dəstək olan insanlar bizi bu işə həvəsləndirdilər. Nə yaxşı ki, varsınız...
Ən böyük təşəkkürümü qrup yoldaşım, dostum və saytın yaradıcılarından biri Bəhram Həsənova bildirirəm. O, olmasaydı, bu sayt da olmazdı. Sağ ol ki, mənə dəstək oldun, kaprizlərimə dözdün və hələ də dözməkdəsən...
Tənqidçi Tehran Əlişanoğluya minnətdarlığımı bildirirəm. Mənə qələm tumağı öyrədən müəllimim bu layihəyə də maraqla yanaşdı...
Növbəti təşəkkürümü Yazar.in-in bütün müəlliflərinə ünvanlayıram. Siz olmasaydınız, bu sayt mənasız, boş platformadan başqa bir şey olmazdı...
AD GÜNÜMÜZ MÜBARƏK, ƏZİZ YAZAR.İN AİLƏSİ!
Vüsal MƏMMƏDZADƏ
Yazar.in saytının qurucusu