Yazdı
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:53 09 dekabr 2015 tarixində əlavə olunmuşdur

Taleyin tərs yazıları
Qismətimi qara yazdı.
Ayrı düşdü məkanımız,
İndi burda qara yazdı.

Bir vururdu ürəyimiz,
Bir arzumuz,diləyimiz.
Bir dam altda dirəyimiz...
Biz hardayıq,hara yazdı.

Razim eldən gizli,pünhan.
Dərd bir yandan,sər bir yandan.
Fələk aldı canı candan,
Düşdüm ahu-zara,yazdı.

Gülüm güldü,soldu,neylim?
Mənə olan oldu,neylim?
Yolum uzaq yoldu,neylim?
Çəkdi məni dara,yazdı.

Bu yazıya pozu yoxdu,
Xəzanı var,yazı yoxdu.
Dərdin çoxu,azı yoxdu.
Mövlud dərdə çara yazdı.

25.04.2014 / Zərdabi
Mövlud Ağamməd

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.039 saniye