yazıçı olmaq arzusu
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 00:29 13 aprel 2014 tarixində əlavə olunmuşdur

    Dünən axşam ağlıma qəribə bir  fikir  gəl-di.  Hekayə yazmaq  istədim . Bacaracağıma inandım . Sujet  xəttini  düşündüm .  İki xoş-bəxt  sevgilinin  həyatından  bəhs   edən  he-kayəmə   “ Sevgi   macərası ” adını  verdim .  Yazmağa   başladım  . Aylı – ulduzlu  ,  qarlı  qış    gecəsində   iki   tənha   qəlb   qovuşur . İlk  cümləni qurduqdan sonra  ik i – üç   dəfə oxudum  .   Heyrətləndim  .  Belə    də  yalan olar ? Aylı – ulduzlu , qarlı  qış  gecəsi . Axı qarlı  qış  gecəsində  ay  buludların  arasında gizlənir .  Ulduzlar  da  parıldamır .  Növbəti cümləni  yazdım . Qızın qəmgin gözlərindən səadət  oxunur , sevinc  duyulurdu . Bu  dəfə xeyli güldüm . Əgər  gözlər qəmgindirsə on-lardan  necə  səadət oxuna  ,  sevinc  duyula

 bilər ?  Əsəbiləşdim .  Yazmaq    istəmədim.  Amma yenə də  cəhd  elədim . Üçüncü cüm-ləni yazdım . Günəş  iki gəncin  qəlbinə  mə-həbbət şəfəqləri saçırdı. Ha ha ha. Bu lap ağ oldu. Aylı- ulduzlu qış  gecəsində günəş har-dan  çıxdı ?  Qəzəbləndim.  Qələmi   qırdım,  vərəqi   cırdım . Anladım ki , məndən  yazıçı olmaz. Amma yox,  niyə  də  olmasın? Mənə əla status verərdilər . Ancaq dəlilər üçün yazan adam.

    


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+23=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0228 saniye