Yazmalıyam
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 10:27 22 noyabr 2015 tarixində əlavə olunmuşdur

Olsa yüz sirrim əgər yaddaşıma yazmalıyam,

Yazıya yoxsa pozu, söylə, necə pozmalıyam?

 

Haqq yoluyla gedənin qisməti haqdan gələcək,

Tanrıdı bələdçimiz, yolda niyə azmalıyam?

 

Bir zaman əyrini əyri, düzü düz yazdı babam,

Mən niyə gördüyümü tərsinə bəs yozmalıyam?

 

Var elə mərdiməzar şakəri ev yıxmaq olub,

Mən bu işdən uzağam, zülmə quyu qazmalıyam.

 

İnsanın daxilini Tanrıdı, Ümman oxuyan,

Mən isə surətinin cizgisini cızmalıyam.


... dəfə oxunub
Qiymət: 9/10(929 səs)
[qiymət ver ]
Şərh yaz
8+20=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.024 saniye