Yazmaq Üçün Səbəb
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 08:06 09 aprel 2014 tarixində əlavə olunmuşdur

Yazmağa səbəb olsun. Çətini səbəb tapmaqdır. Bu düstüru belə ifadə etmək olar. İnsanlar bir işə başlamazdan qabaq qorxurlar, başladıqdan sonra isə qərarlar verirlər. Düz edib ya səhv etdiklərini fikirləşməyə başlayırlar. Halbuki işə başlamazdan qabaq fikirləşməlidirlər. Fikirləşirlər hətta. Tapa bilmirlər. Fındıq boyda ağıllarıyla tapa bilmirlər. 

Sonra nə olur? Fındıq bir az böyüyür qoza çevrilir. İnsan beyni də qoza bənzəyir.

 Sonra insanlar qoz-qoz oynamağa başlayırlar. Tədricən vaxt keçdikdən sonra qoz-qoz da ləzzət eləmir. Yeni oyunlar yaradılır.

Təbii ki, oyunlar yarandıqdan sonra oyun yerləri, stadionlar, akademiyalar yaradılır. Həyat isə getdikcə zənginləşir.

İndi əziz oxucular, insanların fındıq boyda ağlıyla nəyə qadir olduğunu gördünüz... mənim isə yazmağa bir səbəbim oldu...

 

Yazı tarixi: 04.04.2014


... dəfə oxunub
Qiymət: 9/10(15 səs)
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0266 saniye