Yazmaq və Danışmaq
Uraqan tərəfindən "" bolməsinə 10:33 27 mart 2015 tarixində əlavə olunmuşdur

Yazmağa başlayıram. Deyirlər ki, əlinnən bir şey gəlməyən əlinə bir qələm alıb ağzına gələni yazmağa başlayır. Biz ağzımıza gələni yox, ağlımıza gələni yaza bilərik. Bəlkə siz ağzıvıza gələni danışırsız, amma biz sözlərə qənaət edib, ağıla üstünlük veririk. Bəli, ilk nəticə olaraq ağzımıza gələni yox, ağlımıza gələni yazası olduq. 

Yazmaq xətrinə yaza bilmirik...yazarkən nələrisə ifadə edirik, anladırıq. Və kimsə başa düşmürsə başı yoxdur deməkdir. Yəni baş var... başın içində ağıl yoxdur ki, başa düşmür deməkdir.

Nələrisə unutdurmaq üçün yaza bilərik. Nə vaxtsa həmin ağrıları yaşamağımıza, o sevincləri görməyimizə və eyni şeyləri başqa şəkildə duymağımıza rəğmən yaza bilərik.

Nələrisə unutmaq üçün yaza bilərik, soyuq bir yerdə oturduğumuz zaman soyuğu unutmaq üçün yaza bilərik, özümüzə uyğun olmayan adamlarla az ünsiyyətdə olmağımız üçün bir qırağa çəkilib yaza bilərik və ən əsası içimizdən gəldiyi üçün yaza bilərik. Səbəblər çoxdur əslində. Amma hər kəs görməz yazmaq üçün səbəbləri... Baxar, amma görməz. Ona görə də sizə tövsiyyəm siz də əlinizə bir qələm alın, mən də... Görək kim nəyi yaza bilir. Kim ağzına gələni danışır, kim ağlına gələni yazır?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0268 saniye