Yeganə Oqtayqizi ile Semimi Sohbet
İlkin Abbas tərəfindən "Müsahibə" bolməsinə 19:24 17 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Salam əziz oxucular. "SİZİ YAXINDAN TANIYAQ" Layihəmizin keçən həftəki qonağı olan VALEH DUYĞUN ona ünvanlanan sualları cavablandıraraq, bizi sevindirdi. Layihəmizin bu həftəki qonağı gənc yazar YEGANƏ BAĞIROVADIR.

(Səmimi Söhbət)

- Salam Yeganə xanım, ilk öncə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Mümkünsə özünüz haqqında məlumat verərdiz. Yeganə xanım kimdir?


Yeganə
Siz çox sağ olun ki,novbeti qonaq məni seçdiniz!Mən özüm haqqımda danışmağı heç vaxt xoşlamamışam.Çünkü mən daima istəmişəm ki,dostlarım,tanışlarım,ummiyyətlə məni tanıyan ve tanımıyan insanlar özləri məni kəş etsinlər və kimliyimi öyrənsinlər.Özüm haqqımda yalnız bir şeyi deyə bilərəm ki,mənim hər kəsdən fərqli düşüncəm və həyat tərzim var!


-Yeganə xanım sizcə şair olmaq üçün mütləq sevməkmi lazımdır?

Yeganə
Sevgi geniş anlamlı bir sözdür.İlk növbədə şair olmaqçün Allah tərəfindən təb və xüsusi istedad olmalıdır.Sevmək isə bu istedadı və təbi daha da gücləndirir,alovlandırır,qabardır.Sevməyə hər kəs sevə bilər,amma şair ola bilməz.


-Şer dünyası varmı? varsa hamının olduğu dünyadan necə fərqlənir

Yeganə
Allahın yaratdığı real dünyadan əlavə şairin öz bədii dünyası olur.Və şair öz bədii dünyasıyla bir növ Allaha da müxalifətdədir.Çünkü Tanrı özü şairlərə müxalifətçiliyəicazə verib.Məsəlçün şairin bədiidünyasında 2+2=5 eləyir,qatıq ağ yox qara da ola bilir,ay göydə iki də ola bilir,qızılgüllər qışda da aça bilir,divarlar insanla ünsüyyətə girə bilir və sairə...Adi insanlarda da bədii hislər var ancaq onlar bunu şairlərdən fərqli olaraq sözə çevirməkdə,tərənnüm etməkdə çətinlik çəkirlər.Əlbətdə ki,şairin bədii dünyası adı insanların bədii dünasından fərqlidir.


-Gənc şairlərdən Daha çox kimləri oxuyursunuz?

Yeganə
Bəli,əksəriyyət gənclərimizin şerlərini (Ruhən mənə yaxın olan şairlər )Aqşin Yenisey,Cəlil Cəvanşir,Qismət,Günel Mövlud,Şəhriyar Del Gərani,İlkin Abbas və sair öz imzalarını təstiq etmiş şairləri mütamadi olaraq oxuyuram.


-Çox insan düşünür ki, şairlər öz düşüncələrində utopik fikirlər daşıyırlar nə dərəcədə doğrudur?

Yeganə
Əlbətdə şairlər tamamı ilə rasional düşüncə tərəfdə ola bilməzlər.Şairlər öz romantik düşüncələrini fikirləri ilə uclaşdırırlar.Amma ki bir çox hallarda mütərəqqi ideaları elə şairlər özləri verir.Bu ideyalar sonrakı cəmiyyətin formalaşmasında böyük rol oynayır.Nizami Gəncəvinin Bəraberlik ideaları neçə əsir sonra həyatda öz təcəssümünü tapdı.Bu böyük şairin"Ədalətli şah"ideyası da zaman-zaman şahları ədalətli olmağa sövq etdi.N.G-nin"Sirlər xəzinəsi"poemasında səsləndirdiyi mütərəqqi fikirlər rta əsir insanlarının formalaşmasında böyük rol oynamışdır."Kərpic kəsən kişinin dastanı"əsərin də də insanları əmək sevərliyə ,başqasından asılı olmamağa çağırmasıda utopiya deyildiki?!Utopiyanın özündə də sonradan reallaşan ideyalar olur.Məsəl üçün xalçaların yerinə indi təyyarələr uçur,sim-sim qapıların yerinə indi pultla idarə olunan bəzi texnalogiyalar buna əyani sübutdur.


-Şeiriyyatdan başqa hansı maraqlarınız var?

Yeganə
Maralı sualdır....Əslinə baxanda o,qədər maraqlarım var ki....Məsəlçün-Şopping etməyi xoşlayıram,yeni kitablar aəldə etməyi,oxumağı sevirəm,heyvanlarla maraqlanıram(Evdə nə heyvan desez saxlayıram)prestijli məkanlarda əylənməyi xoşayıram,İlin bütün fəsillərində sahil qırağında dinlənməyi,dalğalarla söhbət etməyi sevirəm,Ailəmlə maraqlı vaxt keçirməyi çox xoşlayiram,dostlarımla fərqli məkanlarda,ölkələrdə,ekuskursiyalarda olmagı həddindən artıq çox sevirəm və həddindən artıq saymaqla qurtarmayan maraqlarım var.

-Ümumi bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?

Yeganə
Qisa olaraq cavab verim ki,xeyir qane etmir.Azərbaycan xalqı şair xalqdır .Bizdə ədəbi istedadı olan insanlar çjxdur.Lakin Yaxşı yazarlar çox azlıq təşkil edir.Kitabların az tirajla satılması,ədəbiyyat oxucularının azalması ucbatından ədəbi yaradıcılıq gəlir gətirmir.Bu da istər istəməz ədiblərin yaradıcılığına mənfi təsir göstərir.İkinci bir narazılığımda budur ki,bizdə ədəbi tənqid ədəbiyyatı mütamadi izləmədiyindən onu düzgün işıqlandırmadığından tənqidin zəif olduğundan istifadə edərək öz cızmaqaraları ilə ədəbiyyatı(üzür istəyirəm ifadəmə görə)zibilləyənlərin sayı olduqca çoxdur.Amma z yaradıcılığıilə dünya səviyyəsinə çıxarılacaq qədər ədiblərimiz də az deyil.


-Ədəbiyyatdan başqa, hansı sahəyə xidmət edirsiniz?

Yeganə
Bildiyiniz kimi jurnalistəm və ara-sıra publisistik fəaliyyətimlə mətbuata xidmət edirəm.


-Sizin fikrinizcə, əsl şair necə olmalıdır?

Yeganə
"Əsil şair"sözü ilə mən razı deyiləm.Çünkü şairlər müxtəlif cür olur.Məsəl üçün şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şairlərdə var,əsərləri gözəl şəxsiyəti isə qüsurlu olan şairlər dəvar.Şair var realistdir,şair var romantikdir,şair də var modernis-postmodernistdir.Şair var ki bütün həyatını ədəbiyyata həsir edir,şair var ki loyaldır.Bu səbəbdən də şair sözünü bir qəlibə yerləşdirmək olmaz.Mənimçün əsil şair obrazı yoxdur.

 

-Yeganə xanim Şeiriyyatda ümumiyyətlə yaradıcılığınzda sizə qarşı haqsızlıq olubmu? əgər olubsa bununla necə mübarizə aparmısınız?

Yeganə
Şairlik şöhrət meydanıdır.Təbii ki burda paxıllıqda olacaq,Səni görməməzliyə vuranlarda olacaq,çap etməyənlər də olacaq..Mən də bu mühütdən kənarda deyiləm.Bunlar mənim də başıma gəlib.Mənim şerlərimi səhifəmdən oğurlayaraq başqa adla ve ya adsız başqa saytlarda dərc edənlərdə olub.Mən dəbu haqsızlıqlara qarşı etirazımı bildirmişəm.

 

-Dahi Azərbaycan şairlərimizdən ən çox oxuduqlarınız kimlərdir?

Yeganə
Nizamini,Fizulini,Xəqanini,tam olaraq dər etmək çox çətindir.Mütamadə olaraq vaxt tapdıqca daha çox təkrara yol verərək bu dahiləri oxuyuram.

 

-Kitabınız varmı sualını sizə verməyəcəm. Çünki artıq ədəbiyyata məlumdur ki siz AHU ZAR İÇİNDƏ adlı kitabı dahi qəzəlxan MəşədiBabaya həsr etmisiz. Ama bu haqda biraz məlumat verərdiz. Necə oldu ki belə bir kitab yazmağa qərar verdiz?

Yeganə
Təşəkkürlər verdiyiniz sual üçün.Menim yaralı yerimə toxundunuz.Bir daha xatirələrimi canlandırdınız.Mərhum Qəzəlxa,Söz ustadı Məşhədibaba Aydəmirov Bilal oğlu mənim pərəstiş etdiyim və sənətinə,sözünə dəyər verdiyim insanlardan olub.Onun qəfil ölümü məni çjx üzdü.Və mən bu Vaxtsız ölümlə barışa bilmədim.İçimdə olan bu yanğını söndürməkçün onu sevənlərə təsəlli vermək üçün bu "AHU-ZAR İÇİNDƏ" kitabımı Məşhədibaba sevərlərə ərmağan etdim.Bu mənim ilk kitabım oldu.Daha sonra isə həmkarım Yafəs Türksəsin rəhbərlik etdiyi "Milli Yaradıcılıq MƏrkəzi"nin əməkdaşı olaraq iki kitabim "Müasir dünya və erməni məsələsi" "Milli qəhrəmanlar"kitabim Yafəs bəylə həmmüəllif olaraq ışıq üzü görüb.Bir çox kitabların isə redaktoru olmuşam.Hal-hazırda isə çox götür-qoydan sonra öz şerlər kitabımı çapa hazırlayıram.İnşaallah yubley ad günümə ışıq üzü görəcəyinə ümüd edirəm.


-Sonda oxucularınıza nəyi söylərdiniz ?

Yeganə
Oxucularımıza ədəbiyyatımıza daha da çox maraq göstərmələrini arzu edirəm!


-Gözəl şeirlərinizdən birini bizimlə və oxucularınızla paylaşardınız.

Yeganə
Qadın olmaq çətinliklərlə doludur...
Sevgidən çox xəyanətdən danışılan bu şəhərdə,
Qadın olma çətinliyi var!
Qadın olmaq çətinliyi var bu şəhərdə!
Sevgisiz qalmış kişilərin
Tənhalanmış,hərisləşmiş,Həyasızlanmış,
Baxışlarını duymaqağırlığı var!
Sevgilərin qınağa çevrildiyi,
Arzuların diri-diri bastırıldığı,
Ümüdlərin tor bağladığı bir şəhərdə ,
Qadın olmaq çətinliyi var!
Sevgini etiraf etmək çətinliyi var...
Azad olmaq çətinliyi var
Qadınların bu şəhərdə!
İşləmək çətinliyi var həris baxışlar altında...
Gəzmək,dolaşmaq çətinliyi var gözəl qadınların!
Qınaq dolu,tamah dolu,qezeb dolu
Baxışların leysanı altında!
Xoşbəxtliyə düşmən kəsilən
Milyonlarla insan içində,
Qadın olmaq çətinliyi var!
Böyük arzular arzulamaq çətinliyi var!
Sevdiyinlə yanbayan olmaq çətinliyi var...
Böyük arzular arzulamaq çətinliyi var...
Ürək dolusu sevişmək çətinliyi var...
Bədbəxt insan selindən qəmlənmək payı var...
Həyat çətinliyi var,...
Həyata,sevgiyə düşmən olan bu şəhərdə...
Qadın olmaq çətinliyi var!


-Həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, daha da böyük yaradıcılıq uğurları arzulayıram.

 

Bəli, əziz oxucularımız. Bu həftənin qonağı YEGANE XANIM BAGIROVA oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu : Gənc şair (_____"""İLKİN ABBAS"""______)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0333 saniye