yenə qapım döyülür...
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 17:29 27 aprel 2014 tarixində əlavə olunmuşdur

ölüm gəlib yenə döyür qapımı
çarpayıdan qalxammıram,
qapımı da açan yox...
sonra keçir pəncərədən boylanır,
görür ondan nə qorxan, nə qaçan yox...
ağır-ağır nəfəs alır bir nəfər
son gücüylə dirsəklənir birtəhər
qulağında cingildəyir şirin, həzin nəğmələr
"laylay, balam, a laylay
laylay, gülüm, a laylay"
bir təbəssüm qopur dodaqlarından
geri dönür sillə kimi üzünə...
"anlamırsan? sənə gülmək haramdır!"
düşünür öz özünə...

...yenə qapım döyülür
"görəsən kimdi gələn?"
ağlamıram,
gözümdən tər süzülür...
"gəl" deyirəm "get" səslənir dilimdə...
bir xışıltı qulağımdan üzülür.
demə o da getmək üçün gəlibmiş
yenə sükut, yenə səsiz bir otaq...

© Bir dəlinin gündəliyi


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0269 saniye