Yenə qar yağırdı...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 00:55 30 noyabr 2013 tarixində əlavə olunmuşdur

Susmuşdu. Danışmağa o qədər sözü var idi ki, hardan, nədən, necə başlayacağını bilmirdi. Sözlər boğazında düyünlənmişdi, gözləri dolmuşdu. Bircə suala ehtiyacı var idi, hönkürüb ağlamaq üçün... xoş bir baxış, xoş bir söz kifayət edərdi bütün qəlbindəkiləri açıb tökməyə, rahatlamağa. Rahatlayardımı? Çətin ki. Heç kim onu anlamamışdı. Susmasının da səbəbi bu idi. Anlaşılmadan anlatmaqdan yorulmuşdu. Həmişə ya gülşlə, ya da tənə ilə qarşılaşmışdı. Üzündə gülsə də içində ağlamışdı. İçinə axmışdı göz yaşları, axıb içini doldurmuşdu və gözlərindən daşmağa qərarlı idi bu dəfə...

Içindən bir səs qışqırmağı əmr edirdi, amma əsəbdən bir birinə sıxılmış dişlərini açmağa taqəti qalmamışdı. Boğazında sözlərlə birlikdə həm də səs telləri düyünlənmişdi. Danışmaq istəsə də səsi gəlməzdi.

Var gücü ilə dərindən nəfəs aldı. ətrafa boylandı. Gözləri oturduğu skamyanın bir küncündə dayandığı qarlı yolla gəzişdi. Heç kimi tapa bilməyib geri qayıtdı, çəkmələrində ilişib qaldı.

Bir anlıq ona elə gəldi ki, ayaqları yoxdur, qalxmaq istəsə ayaqları sözünə baxmayacaq...

Özünü soyuq bir qış günüdə parkın qarlı bir yolunun kənarındakı buz kimi dəmir skamyada donmağa məhkum hiss etdi...

Yenə qar yağırdı. İki göz boylanırdı qarın doldurduğu izlərin arxasınca...


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
3+32=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0246 saniye