YENƏ..
Karim Huseynzade tərəfindən "Şeir" bolməsinə 14:19 15 aprel 2014 tarixində əlavə olunmuşdur

YENƏ.. ( Xəlil Adıgözəl )

Yenə qonağımsan bu gecə mənim,
Yenə ağladacam, üzəcəm səni.
Yenə əllərimi çənəmə qoyub
Təpədən dırnağa süzəcəm səni..

Bu adi dünyadan bir anlıq itib,
Bu gecə arzuma, kamıma yetib,
Bütün vücudunu səyahət edib
Yenə qarış-qarış gəzəcəm səni..

İpək saçlarını əlimlə hörüb,
Önünə min cürə arzular sərib,
Özümə cavabsız suallar verib
Yenə tapmaca tək çözəcəm səni..

Ucadan bağırıb ürək sözümü,
Ağlayıb torpağa atıb dizimi,
Haqlı hesab edib özüm-özümü
Yenə dodağımda büzəcəm səni..

Rebbim onsuz məni aciz yaradıb,
Dözmüşəm, gözümdə hey "biz" yaradıb,
Gözümün yaşından dəniz yaradıb,
Yenə bir nəfəsə üzəcəm səni..

Söyəcəm özümü ərk edə-edə,
Ruhum bədənimi tərk edə-edə,
Sonra həqiqəti dərk edə-edə
Yenə sətirlərə düzəcəm səni..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0229 saniye