Yenədə xoş gəldi mənə otuz üç
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:09 04 fevral 2018 tarixində əlavə olunmuşdur

Könüldən süzülən sözlərimi mən 
Yazdım sətir-sətir misraya bükdüm. 
Bəzən  bu ömürün haqsızlığından 
Sarsılıb tükənib özümdən küsdüm. 

İllərin sayrışar  günlər  ötdükcə 
İç  üzü necədir, nə cürdü ömür 
Həyat davam edir yaşlar keçdikcə 
Rəqəmsal saat tək günlərim ötür. 

Könlüm hicablanıb üzüm başqadır 
Gözlərim aldanır baxdıqca hərdən. 
Fikirim tam başqa bir xəyaldadır 
Nəcə bəhs eyləyim axı özümdən ? 

Dəlilər düz deyir, güləndə bəzən.. 
Tutubdur deyirlər yenə tutması. 
Sağ ikən dünyada qədrin bilməyən 
Öləndə nə xeyri saxlasan yasın.! 

Sirrdir bu dünyamız dərinliyi çox 
Anlamı nə birdi,nə iki nə üç... 
Ömürdən bir gündə ötdü beləcə 
Yenədə xoş gəldi mənə otuz üç.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0323 saniye