Yeni dünya xəyalımız
Nigar Şahsuvarova tərəfindən "Şeir" bolməsinə 13:56 12 fevral 2016 tarixində əlavə olunmuşdur

O gün gələcəkdir:
hər şeyə rəğmən, hər kəsə inad.
Həyatın qanunu,
olmalıdır, olması mütləqdir.
Qəlblər sevgi ilə aşıb daşmalı,
gözlər sevincdən parıldamalı,
səslər ahəngdarlığa qapılmalıdır.
Müharibələr qeybə çəkiləcək,
qanlı tarixlər arxivə gömüləcək,
acılı-ağrılı simalar yaddaşlardan silinəcək.
Analar və atalar,
bacılar və qardaşlar,
nənələr və babalar,
bibilər və xalalar,
dayılar və əmilər,
böyük, sarsılmaz, güclü ailə xəyalı var,
o xəyal reallığa qovuşacaq.
Düşmənçilik, kin, qisas
məhv olacaq.
izi-tozu qalmayacaq.
Dünya gözəlləşəcək,
cənnət göydən yerə enəcək,
xoşbəxtlik hər kəsdə özünü tapacaq.
Artıq uşaqlar yetim qalmayacaq,
müharibədə itirməyəcək,
ac-susuz olmayacaq,
işləməyəcəklər.
Hər şey mükəmməlləşəcək,
möhtəşəmliyi ilə göz qamaşdıracaq,
izləyənlərin nəfəsini kəsəcək gücə sahib olacaq.
Adicə toxunuşun. təbəssümün
xəstəni və yaralını sağaldacaq
möcüzəyə şahidlik edəcəyik.
Uçuşan işıltılar ilə gecə sehrə bürünəcək,
nağıl söyləyən və dinləyən sevinəcək.
Taxt-tac uğrunda saraydaxili savaşlara,
dünya hökmdarlığına kimsə möhtac qalmamalıdır,
belə qanun kökündən yandırılmalı, külə çevrilməli, bir daha cücərməmək üzrə basdırılmalıdır.
Yeni doğulacaq uşaqlar xəstələnməyəcəklər,
dərmanlara xərc çəkilməyəcək.
Ana ölümləri də olmayacaq,
doya-doya öz balasına ömrünü fəda edəcək.
"Xərçəng"ə çarə tapılaraq
bir daha heç kim o xəstəlikdən dünyasını dəyişməməlidir.
Yeməyib-içməyib, boğazından kəsib qarın doyduran, geyindirib keçindirən valideynlər,
artıq övlad acısı, övlad xəyanəti, övlad zərbəsi dadmayacaqsınız.
Yeni dünyanın qanunu mükəmməldir,
yeni irqə sonsuz yaşam bəxş edir.
Elm-texnika qüsursuzcasına irəliləməkdədir,
bağlı qapılar yavaş-yavaş açılaraq
sirrlərindən qurtulmaq istəyi ilə
insanlığa yalvarırlar.
Gəlin, asta-asta qapını döyək, icazə alaq
və içəri girək,
tozlu kitab rəflərinə ürək ağrısı ilə tamaşa edək,
bəlkə utandıq.
Dünya bizimdir, evimizdir, ailəmizdir,
amma düşmən əsarətində inildəyərək
bizləri səsləyirik, insanlığa yalvarır ki,
birlik təşkil edib onu qurtaraq.
Yaralarına məlhəm qoyaq,
keşiyini çəkək.
Sonra isə ölüm yatağında son nəfəsi ilə
ən ümdə arzusunu dilə gətirərək
yeni insan irqinin sirrini bizə açsın.
Gözəl deyilmi?
İnanılmaz deyilmi?
Möhtəşəm deyilm?
Bizim missiyamız budur artıq,
yeni insan, yeni dünya, yeni həyat!
Sadəcə irəliyə doğru,
ölümə meydan oxuyaraq,
dünyamızı düşməndən təmizləyərək
xəyallarımızı gerçəkliyə götürə bilərik.
Amma ən böyük bəla burasıdır ki,
robotlaşa bilərik.
Hazırsınızmı?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0378 saniye