Yeni il səyahəti
Eliyeva Efsane tərəfindən "Digər yazılar" bolməsinə 14:18 14 dekabr 2014 tarixində əlavə olunmuşdur

Deyirlər ili necə qarşıladınsa elədə yola salacaqsan. Səndə ili səyahətlə başla ki, il boyu dünya səyahətində olasan. Fərqli, unudulmaz yeni il axşamı keçirmək istəyirsənsə dünyanın ən gözəl ölkələrindən birini  seç və bilet al.

Özünüzü nağıllar aləmində hiss etmək istəyirsinizsə yeni ili Vyanada - Köhnə şəhərdə qeyd edin. Günorta saat 14:00-dan gecəyədək davam edəcək şənlikdə iştirak edib Xeldenplats meydanındaki möhtəşəm atəş-fəşanlığa tamaşa edin. Dünyanın ən məşhur operasının-“Elizabet”in yubiley buraxılışını izləyin. Dunay çayı boyunca gəzintiyə çıxın. Yol boyu təşkil olunmuş bayram gecələrində əylənin. Xofburq” sarayındaki balda bolluca rəqs edin. Vətənə qayıtmamışdan əvvəl dostlarınıza, yaxınlarınıza xüsusi hədiyyələr almaq fikrindəsinizsə onda Ratuş meydanında təşkil olunmuş Milad bazarına da  çəkin. Sevdiklərinizə bayram əşyaları, aksesuarlar alın.

Nyu-York -yeni il əhval-ruhiyyəsinin ən yüksək olduğu bu şəhərdə bayrama hazırlığı noyabr ayından başlayır. Milad bayramı dekabrın 24-də qeyd edilir. Bayramın ardınca isə şəhərdə yeni il şənlikləri təşkil olunur.  

Manhettendə bayram bir başqadır. Ona görə də bura baş çəkməyi də unutmayın. Burdakı restoran və kafelərdə səhərədək bayram qeyd edilir. Özünüzü Santa-Klaus kəndinə düşən biri kimi hiss edəcəksiniz. Şəhərin gecə görüntüsü isə sizi valeh edəcək. Bayram günlərində Nyu-York işıqlarla bəzədilmiş “Şam ağacı”na bənzəyir. Hər kəs evinin dizaynının digər villalardan seçilməsinə çalışır. “Brodvey” də belə küçələrdən biridir. Yerli əhali küçəni əbəs yerə “Böyük ağ yol” adlandırmır. Şəhərin simvollarından biri -“Empayr-Steyt” qülləsi də bayramın gəliş münasibəti ilə, qırmızı və yaşıl neon işıqlarla bəzədilir.

Santa-Klausu, elfləri və yeni il marallarını görmək, onlarla şəkil çəkdirmək istəyirsinizsə mərkəzi küçələrdə gəzin. Rokfeller yaxınlığında, Louer meydanında qurulan Nyu-Yorkun ən böyük yolkasının yanında şəkil çəkdirməyi necə istəyirsiniz? Adəti üzrə yeni ili qarşılayarkən şampan partladırıq. Bu mərasim Nyu-Yorkda daha möhtəşəm şəkildə təşkil olunur. Bütün şəhər Tayms-Skver meydanına toplaşır və gecə saat 00:00-ı  vuran kimi pulsuz şampan ziyafəti başlayır. Sizdə bu imkanı əldən verməyin. Qədəhlərinizi Nyu-Yorkda toqquşdurun. Qışın gəlişini hiss etmək, əsl qış əyləncəsi yaşamaq istəyirsinizsə yerli Rokfeller yaxınlığında yerləşən ən böyük buz meydançasında xizək sürmək imkanını əldən verməyin. Qeyd edək ki, bu buz meydançası artıq 80 ildir ki, turistlərin və yerli əhalinin xidmətindədir.

Yeni ildə Avstriyaya səyahət əla fikirdir. Dekabr ayında turist əlindən Vyanada tərpənmək olmur. Niyə? Çünki  məşhur Vyana balları başlayır. Romantika aşiqi olanlar, düşünmədən Vyanaya gedə bilər. Yeni ili sevgilinizlə birgə Vyanada qarşılasanız həyatınız boyu o günləri unuda bilməyəcəksiniz.

Maddi imkanınız Avropa xəyalınızı gercəkləşdirməyə imkan vermir? Onda xizək həzzini qonşu ölkədə-Gürcüstanda da yaşaya bilərsiniz. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən şəhərdə qış həm xoş keçir, həm də əsl əyləncə yaşamaq olar. Burada xizək mövsümü noyabrdan mart ayına qədər davam edir. Küləksiz yağan qar xoş təsir bağışlayır. Qar topu oynamağı, qar adam düzəltməyi də unutmayın.

Misir

31 dekabrdan 1 yanvara keçən gecə Misirdə yeni il qeyd etmək qəbul olunmasa da  turistləri bayramsız qalmır. Ən bahalı otel və restoranlarda Moskva ulduzlarının iştirak etdiyi əyləncəli proqramları təşkil olunur, bayram süfrəsi açılır. Bundan əlavə turistləri Qırmızı dənizin sahilində animasiya proqramı, su idmanı əyləncəsi və diskateka gözləyir. Heç darıxmağa vaxtınız olmayacaq. Qış bayramın qızmar günəş altında qarşılamağında öz ləzzəti var. Evə fərqli görünüşdə, qaralmış dəri ilə qayıdacaqsınız.

Hər şey ürəyinizcə olsun deyə sizin üçün xüsusi avtobuslarla şəhər daxili gəzinti turu da xoş xatirə kimi daim yaddaşınızda qalacaq. Nilin sahilində gəzinti hər kəsin xəyaldır. Xəyalınızı gercəkləşdirin.

Kırmızı dənizin dərinliklərində sualtı aləmin gözəlliklərindən necə həzz alma qistəyirsiniz? Sualtı gəzintiləri təşkili ilə məşqul olan xüsusi qurum sizə bu həzzi yaşamağa kömək edəcək.

Şərqsayağı yeni il görmüsünüz? Əgər görməmisinizsə yolunuzu ekzotik Tailandan salın. Başqa ölkələrdən fərqli olaraq burada milli yeni il bayramı sayılan Sonqran aprel ayınd aqey olunur. Odur ki, yazı gözləyin və Tailanda yollanın. Yeni il karnavalında iştirka edin. Qardan, şaxtadan uzaq bir ölkədə təzə ili qarşılamağın da bir başqa ləzzəti var.

Bu ölkə öz rəngarəngliyi və fərqliliyi ilə seçilir.  Bura siam əkizlərinin və mavi gözlü siam pişiklərinin vətənidir. Hər il milyonlarla turist məhz onlaır görmək üçün Tailanda axışır. Nağlabənzər qədim şəhər içində dəbdəbəli, müasir oteller, yüksək xidmət, dadlı eksotik yeməklər turistlərin tam ürəyincədir.

Skandinaviya- Norveç, Danimarka, İsveç, Finlandiya və Farer adları qış bayramı üçün əsl qış əyləncələrinin mərkəzidir. Skandinaviya tək turistlərin deyil darixçilərin də diqqət mərkəzindədir. Yeni il axşamı burada istənilən yerdə gəzmək olar. Belə ki, ölkənin hər yerində bayram şənlikləri, əyləncələr təşkil edilir. Böyük bayram bazarı qurulur. Alış-verişi sevirsinizsə bu bazara getməsəniz günah olar.

Yerli Şaxta babanı- “Youl pucca”nı görmək şansını da qaçırmayın. “Youl pucca” tərcümədə “Krismıs keçisi” deməkdir. O həqiqətəndə bayram münasibəti ilə bəzədilmiş keçidir. Küçinin böyük bayram səbəti də var. Şaxta babaya məktub göndərmək hər kəsin uşaqlıq arzusudur. Əgər bu arzunu gecdə olsa realalşdırmaq istəyirsinizsə Finlandiyaya yollanın. Şaxta babanın evinə gedin və məktubunuzu şəxsən onun özünə verin. Getmişkən qar xizəklərində əylənməyi də unutmayın.

Rusiyada olduğu kimi Çexiyada da yeni il xüsusi qey edilir. Çexiyalılar bayramı özlərinə məxsus, adət-ənənələrinin diqqtə etdiyi kimi təşkil edirlər. Adətə görə bütün qadınlar almalı karpa və mərcimək şorbası bişirib süfrəyə düzür.

Siz yaxta kirayələyib Vlatva çayında üzə, həm də  Praqanın qarla örtülmüş möhtəşəm görnüşünü seyr edə bilərsiniz. Bayram axşamı hər kəs Praqadaki Köhnə şəhər meydanına toplaşır. Hamı birlikdə gece saat 24:00 olmasını səbirsizlikə gözləyir. İl girən kimi oxumağa və rəqs etməyə başlayırlar. Həmin axşam orda olun və fərqli bayram gecəsi yaşayın.

İlin bütün ağırlığını üzərindən atmaq üçün isə hər kəs mütləq Karlov körpüsünə yollanıb Yana Nepomniskavanın heykəlinə toxunur. Çexlər inanır ki, kim arzu tutub bu heykələ toxunsa ilin sonuna kimi mütləq muradına çatacaq. Sizdə səyhət üçün Çexiyanı seçin. Heykələ toxunub ürəyinizdəki arzunu gercək edin. 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0274 saniye