Yeni il üçün ən yaxşı hədiyyələr
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 16:51 09 dekabr 2014 tarixində əlavə olunmuşdur

Yeni il yaxınlaşır. İlk növbədə, “yaxınlarıma nə hədiyyə edim?” sualı beyinləri narahat edir.

Yeni il üçün ən yaxşı hədiyyəni axtarmamışdan əvvəl hədiyyə alacağınız insanın nəyə ehtiyacı olduğunu öynərməyə çalışın. Nəzərə alın ki, təkcə Yeni ildə yox, bütün bayramlarda ən yaxşı hədiyyə istifadə edilə bilən və işə yarayan hədiyyədir. Bunu öyrənə bilməsəniz, aşağıdakı hədiyyələri məsləhət görə bilərəm:

Kitab. Kitab ən yaxşı xatirə hədiyyələrindən hesab edilir. Hədiyyə edəcəyiniz insanın xarakterinə uyğun kitab alıb yeni ilə uyğun bəzəyin. Ürək sözlərinizi yazmaqdan çəkinməyin. Kitabı elə formaya salın ki, kitab oxumaqla arası olmayan tanışınız da aradabir bu kitabı açıb vərəqləməyə həvəs göstərsin.

Yeni il süveniri. Süvenirlər həmişə insanı dardan xilas edir. Belə ki, nəsə tapa bilməyəndə süvenir alırıq. Yeni ilə uyğun süvenir alarkən hədiyyə edəcəyiniz insanın xarakterini əsas götürün.

Yeni il mahnılarından ibarət disk. Hədiyyə etmək istədiyiniz insan musiqiyə bağlıdırsa, belə bir disk heç də pis hədiyyə olmaz.

Futbol forması. Futbol azarkeşləri üçün 2015 nömrəli və hədiyyə edəcəyiniz insanın adı yazılmış futbol forması çox gözəl hədiyyə olardı. Xüsusilə, belə hədiyyə qadınlar tərəfindən kişilərə hədiyyə edildikdə dəyəri qat-qat böyüyür.

Fotoalbom. Biryerdə çox vaxt keçirmisinizsə, biryerdə çoxlu fotolarınız varsa, belə bir hədiyyə hazırlamaq sizə çətin olmayacaq. Bu, ən gözəl xatirə hədiyyəsi olardı.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.024 saniye