Yeni nəsil, insan gəlir (oğlum Vüqarın xatirəsinə ithaf)
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 23:53 27 noyabr 2015 tarixində əlavə olunmuşdur

Səndən mənə böyük bir ad,

Xoş xatirə, anlar qalıb.

Zaman ötüb, təzələnib,

Dəyişməz ünvanlar qalıb.

 

Sən qəlbimin içindəydin,

Yenə orda məqamdasan.

Yaşadığım gündə, ayda,

Hər səhərdə, axşamdasan.

 

Günəş yenə səhər doğur,

Ay gecəyə baxmağında.

Xəzər yenə dalğalanır,

Girdimançay axmağında.

 

Yaşamağa dəyər hələ,

Yeni insan, nəsil gəlir.

Yeni tarixi yazmağa

Ümid gəlir, güman gəlir.

 

Başı qarlı Baba dağı

Möhtəşəmdi, Vüqarlıdı.

Vüqarıyla Telman Ümman

Çox zəngindi, həm varlıdı.


... dəfə oxunub
Qiymət: 10/10(916 səs)
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0283 saniye