Asi bir küheylan baxışı
ruhumu çıxardı dərinliklərdən
məhbəs arzularımın kilidli qapısı
açıldı yerə vurulan addım səslərindən...
Nələrə qadirdir bir baxış
nələri yorar,
nələri yarar iki cüt göz giləsi
və mənliyinə şərik olar qəlbin aynası...
Sən - küheylan baxışlı adam
yaşat məni!
yeni başdan, bir bütün olaraq
yarat məni!
Əlindəki pozanla sil məndəki keçmiş məni
sil bütün əksiklikləri, yarımları
bu dəfə sil başdan
lap ilk kimi, yeni kimi
ağ vərəq üstündə rəngli boyalarla
qədərimi yolundan çıxar
yarat məni...
Aysel Abdullazadə...