Yeniyetmədə ruhi problemlər
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 13:07 10 mart 2016 tarixində əlavə olunmuşdur

Bu dönəmdə ruhi problemlərin olması müəyyən qədər normaldır. Yeniyetməlik dövründə gənclərin çoxunun fiziki-bioloji və hissi problemlərlə üzləşdiyi məlumdur. Belə problemlər bu dövrə aid davranışların ifrata varması ilə meydana çıxır. Məsələn, sərbəstlik istəyi bəzən onun ailədən ayrılması ilə nəticələnir. 

Böyüklər tərəfindən anlaşılmaması, hədsiz təzyiq göstərilməsi gənci depressiyaya məruz qoyur. Onlara qarşı yönələn xoşagəlməz bir söz və ya davranış hətta intihara cəhdlə nəticələnə bilər. Təbii ki, hər intihar cəhdi gəncin stressdə olması demək deyildir, amma intihara cəhd gəncin mənəvi baxımdan dəstəyə ehtiyacı olduğunu göstərir. Əgər müəyyən tədbirlər görülməsə, onların stresə düşməsinə, ruhi xəstəliyə tutulmasına və ətrafına zərər verməsinə səbəb ola bilər. 

Ailəsinin ona güvəndiyini hiss edən gənc özündən asılı olmayan bir hadisə olmasa, heç vaxt bədbinliyə qpılmaz. Gəncləri qorumağın ən gözəl yolu onlarda sağlam bir əxlaq anlayışını formalaşdırmaqdır. Onlara duyğularına hakim kəsildikləri nisbətdə dəyər qazandıqlarını başa salmaq lazımdır. Bununla bərabər, gənclərə özünü qorumaq yolları da aşılanmalıdır. 

Evdə hər iki valideyninin və ya birinin öz vəzifəsini yerni yetirməməsi gənci müxtəlif anlayışlara yönəldə bilər. Bu səbəbdən bəzi cavanlar cinsiyyət baxımından lazımi xarakter formalaşdırmaqda çətinlik çəkirlər. Bu problem keçici olduğu kimi, daimi də ola bilər.

"Xoşlamadığınıza səbir etməzsəniz, xoşladığınızı əldə edə bilməzsiniz." Hz.İsa 

Atanın ailədəki rolunun yeniyetmənin formalaşmasında əhəmiyyəti 

Gəncin xarakteri əvvəlcə ata-ananı təqlid etməklə üzə çıxır. Özünə uyğun bir xarakter formalaşdırmaq üçün ailədə öz rolunu oynayan və hədəfini müəyyənləşdirən bir ataya ehtiyac var. "Ata oğlan, ana da qız uşağı ilə məşğul olmalıdır" düşüncəsi doğru deyildir. "Qız uşaqları yeniyetməlik uaşına qədər atalarını müşahidə edir və onlarla ünsiyyətdə qarşı cinslə necə davranmağı öyrənirlər." Yəni oğlanlar qədər qızların da atalarına ehtiyacı var. 

Qızların həssas və mənəvi cəhətdən zəngin şəxsiyyət kimi formalaşmasında atanın rolu mühümdür. Eyni zamanda, oğlanlar da şəxsiyyət özəllikləri baxımından anaya ehtiyac duyur. Bu baxımdan ailə bir bütündür. Ata-ananın vəzifəsini yerinə yetirməməsi problemli gənclərin meydana gəlməsinə səbəb olur. 

Bəziləri atanın ailədə güclü nüfuzunun övlada qeydi-məqbul təsirini düşünür. Ancaq gəncin sosial fəaliyyətində və şəxsiyyətinin formalaşmasında atanın rolu əvəzsizdir. Evdə hədsiz istək və arzuların qarşısını atanın nüfuzu ala bilər. Bunu ata etməyəndə ana etməli olacaq. Atanın vəzifəsini icra edə bilmədiyi ailədə gənclərin şəxsiyyəti ilə bağlı problemlər olur. Anaya daha çox nazı keçən oğlan uşaqları sonradan özündən böyüyün qarşısında əzilib-büzüləcək, fikrini ifadə edə bilməyəcək. Özünə inam, cəsarət və liderlik kimi xarakterləri meydana gətirən davranışlar ata faktoru ilə birbaşa bağlıdır. 

Ata evdə uşaqlarına vaxt ayırmağı bacarmalıdır. Bunu etməyən atanın övlada qarşı sevgisi quruca söz olaraq qalır. İşlərimizi ailəmizlə daha gözəl atmosferdə olmaq istiqamətində müəyyənləşdirməliyik, onlarla daha az görüşmək üçün deyil... 

________

Siz iffətli olun ki, xanımlarıız da iffətli olsunlar. Atalarınıza hörmət edin ki, övladlarınız da sizə hörmət etsinlər.

Altı yaşında ikən yaşadığımız şəhərdə gecələr qapıları qıfıllar və sürmələri çəkərdik. Arxa qapıdan çıxmaq üçün sadəcə içəridən kilidlənən bir qıfılı vardı ki, onun da açarı atamda olardı. 

Bir gecə qəfil şimşək və ildırım səsinə oyandım. Sel kimi yağış yağırdı. Qorxudan atam-anam olan otağa doğru götürüldüm. Amma qatı bir duman və alov dalğası qabağımı kəsdi. Evimizə ildırım düşmüşdü və alışıb yanırdı. Evdən çıxmaq lazım idi. Amma necə? Ön qapını alov bürümüşdü, arxa qapı da bağlı. 

O həyəcanlı anda atamın isti əlini hiss etdim. Məni dəhlizdən keçirib arxa qapıya gətirdi, oradan da bağçaya çıxardı. Məni sel kimi yağan yağışın altında qoyub getdi. Qorxmuşdum. Yenidən evə dönəndə anam qarşıma çıxdı. O, evin önündə idi və məni çağırırdı. Qaçıb mənə doğru həldi, birlikdə qarşıdakı bağçaya keçdik. Atam kiçik bacımla birlikdə orada idi. "Xilas olduq, qızım!" deyərək köks ötürdü və mənə sarıldı. 

Bu əhvalat on iki il əvvəl baş vermişdi, amma hələ də məni xilas edən o əlin hərarətini canımda hiss edirəm. 

________ 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0346 saniye