Yeniyetmələrdə qayğı
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 13:00 12 mart 2016 tarixində əlavə olunmuşdur

Yeniyetmələrdə qayğı 

Ümumiyyətlə, səbəbi bəlli olmayan, insanı tədbir görməyə sövq edən əndişə və ya qorxulara qayğı deyilir. Qayğı əldə olan bir şeyin itirilməsi əndişəsinin gətirdiyi ovqatdır. Qayğının çoxluğu psixoloji və zehni pozuntulara yol aça bilər. Qısa müddətdə və qəfil stressli anlarda keçirilən həyəcan qayğı adlanır. Qayğı müəyyən dərəcədə həmişə olmalıdır. Çünki qayğılar adamı tədbirli olmağa sövq edir. 

Qorxu ilə qayğı anlayışları daha çox qarışdırılır. Qorxu bir təhdid anında cismən və mənən yaşanan hislər, verilən reaksiyalardır. Qorxu təhlükəyə görə artıb-azala bilər. Qayğı isə fərqlidir. Təhdid olmasa da, qayğı olur və davam edir. Gənclərin imtahana hazırlığı bir qayğıdır. Çoxlu dərs oxumaq, nigarançılıqdan doğan stress qayğının əlamətləridir. Ağır məşqlərdən sonra o dincələ bilər. Qayğıya əsas səbəb imtahanı keçə bilməmək və gözlədiyi nəticəni əldə etməmək narahatlığıdır. 

Stress vücudun fiziki və ruhi sinirlərinin təhdid edilməsi və gərilməsi ilə ortaya çıxan bir vəziyyətdir. Şəxsin arzularının əngəllənməsi, özünə qarşı diqqətin zəifləməsi ilə nəticələnə bilər. Gənc ona qarşı hücumlara ya cavab verməli, ya da oradan uzaqlaşmalıdır. Belə halda mənliyin məğlubiyyəti həzm edə bilməməsi onun stressə düşməsinə səbəb olur. Bu vəziyyət gəncin özünə inamının itməsinə, ətraf hadisələrə cavab verə bilməməsinə, aramsız qayğılarla yüklənməsinə gətirib çıxarır. 

İctimai yerlərdə narahatçılıq hissini artıran və gənclərin əndişələrinə yol açan sosial qayğı və fobi imtahanların nəticəsinə mənfi təsir göstərir. Digər tərəfdən imtahan qayğısı xəstələnməyə və yaddaşsızlığa da səbəb ola bilir. 

Hədsiz stress, əsəb, gərginlik, ürək döyüntülərinin artması, fəalığın yüksəlməsi və s. şəklində özünü göstərən qayğı bəzən yüngül keçdiyi halda, bəzən də insanın ruh düşkünlüyünə səbəb olur. Müəyyən yerlərə getməkdən imtina edən, qəfildən halsızlaşan, bildiyi halda danışmayan, imtahanda həyəcana qapılan, diqqətini cəmləyə bilməyən bir çox adama rast gəlinir. Qayğı hissi ilə əlaqəli problemlərin əlamətləri fiziki və ruhi-mənəvi mənbəlidir. Bu, müvazinətsiz təsirlənmə şəklində müşahidə edilə bilər. 

a) fiziki əlamətlər: 

Üzücü bir xəbərdən titrəyən, ürəyi sıxılan, ürək döyüntüsü artan, qəfil tərləyən, nəfəsi tıncıxan, udquna bilməyən, başı gicəllənən, həzm sistemi pozulan, baş və döş qəfəsində ağrılar olanlar; 

b) ruhi əlamətlər: 

Bəd xəbər gözləyən, əndişə, qorxu, əsəb, diksinmə və s. başqa hallarda özünü göstərən, qaynağı qeyri-real (xəyali) olan ağlını itirmə hissi, ətraf mühitlə uyğunlaşa bilməmə, orqanların funksiyasını yerinə yetirə bilməyəcəyi hissi, özünənəzarəti itirmə hissi, ölüm qorxusu və s. 

c) fiziki və ruhi tarazlığın pozulma əlamətləri: 

Bu, şəxslərdə müşahidə edilən cismani və ruhi-mənəvi nizamsızlıqdır. Bəzən ruhi əlamətlərin zəif görünən bir qayğının fiziki olaraq qabarıq şəkildə ortaya çıxmasına rast gəlinir. Şəxsi narahat edən yalnız bir əlamət olduğu üçün o, normal kimi görünə bilər. heç bir səbəb olmadan dərslərinin öhəsindən gələ bilməyəcək deyə narahat olmaq buna nümunə ola bilər. 

Qayğının pozulması səbəbləri: 

Valideynlərin mövqeyi, onların uşağın üstündə əsməsi, təzyiq, uşağa qarşı nizamsız davranışlar, uşağın yaşından və zəkasından çox şey gözləmək, fiziki və mənəvi istismarlar, təbii fəlakətlər, qəzalar, dava-dalaşlara şahid olma, mənəvi boşluqlar, inancsızlıq, batil düşüncələr, gələcəyə aid əndişələr, xəstəliklər, əzizlərini itirmə, ölümü qəbul edə bilməkək, qidalanma və yuxu rejimində pozulmalar, təklik qorxusu və s. hallar. 

Qayğını azaltmaq və ya məhsuldar hala gətirmənin birinci yolu dua və təvəkkülə bağlanmaqdır. Gənclərə səbəblər dairəsində öhdəsinə düşəni yerinə yetirməyi, sonra da duanın gücünə inanmağı aşılamaq lazımdır. Onun öz gücünün sərhədlərini dərk etməsi əsl qüvvət sahibi Yaradanın önündə diz çökməsi  ilə reallaşır. 

İnsanlardakı davranış qəliblərindən asılı olmayaraq meydana çıxan qayğı həddini aşmadan təbii yollarla azaldılmalıdır. Bu, stress, qorxu və ya başqa səbəblərdən olduğuna görə düzgün diaqnoz çox əhəmiyyətlidir. Diaqnoz qoyulduqdan sonra duyğu, düşüncə və davranış qəliblərini dəyişdirməyə yönələn müalicə aparıla bilər. Müalicə psixoterapiya və ya dərmanla ola bilər. 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0391 saniye