Yeniyetmələrdə ruhi-mənəvi inkişaf
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 12:37 10 mart 2016 tarixində əlavə olunmuşdur

Ruhi xüsusiyyətlər 

Yeniyetməlik fiziki inkişafla yanaşı, yeni hallar və davranışlarla özünü göstərir. 11 yaşına qədər nizam-intizamlı böyüyən bir uşağın yerində birdən-birə həyəcanlı, heç nəyi bəyənməyən, hər şeyə reaksiya verən bir yeniyetmə peyda olur. Yeniyetmənin duyğuları eniş-yoxuşlu olur. Nə vaxt nə edəcəyi bəlli olmaz. Dərslərinə maraq azalır. Diqqəti dağınıq olur. Evdə darıxır, deyilənləri qəbul etmir, qidalanma rejimi pozulur. 

Onların bu qarma-qarışıq hissləri, öz-özləri ilə mübarizəsi, dağınıq ruhi halları bəzən ruhi xəstəliklərə zəmin hazırlayır. Bu qəribə hallar normal qarşılanmalıdır. Bəzi gənclər təlatümləri rahat adlayır, bəzilərinin isə uyğunlaşması 18 yaşına qədər dabam edir. 

Qəfil sürətlənən böyümə gənci vaxtsız yaxalayır. Cinsi inkişaf hiss etməklə bərabər, o, yeni dəyişikliklərə ruhən hazır deyil. Yeniyetməliyin ilk dövrlərində uşaqlığa xas həvəslərlə böyümək istəyi bəzən qeyri-normal davranışlara səbəb olur. 

Bu dönəmdə böyüklər, valideynlər uşaqları yeniyetmə kimi qəbul etməli, ancaq həmişə onlardan mükəmməl davranışlar gözləməməlidir. Gənc öz məntiqinə uyğun xarakteri tapmaq üçün bir çox qapılar açmaqla, sınaqlar aparmaqla yeni davranışlar öyrənir. Gənc bu dövrdə oldu-olmadı hər şeyə qarşı çıxmaqla yanaşı, öz mənqiniə görə bu hadisələri tənqid və izah edir. Problemləri bir anda həll edəcək asan yollar axtara bilir, hadisələri simvolla ifadə edə bilir. Hadisələrə mücərrəd yanaşır, tez-tez xəyala dalır. Asanlıqla istiqamətləndirilir və bu zaman uyğun davranışlarla yanaşı, özünə və topluma zərərli davranışlara da yönələ bilir. 

Gənc bu vaxtlar çox enerjili olur. Bu enerjini evdə, məktəbdə, dostları ilə birlikdə sərf edir. Dolub-daşan enrjinin ən rahat boşalması idmandır. İdmandan həmyaşıdları ilə qarşılaşır. Onların da ortaq problemi olduğuna görə qruplaşmalar meydana gəlir. Gənc qrupun bəzi davranışlarını paylaşır. Bu zaman ən böyük təhlükə qrupun yaramaz vərdişlərinin olmasıdır. Bu mövzuda ata-ananın vəzifəsi gəncin hərəkətlərinə çox sədd çəkməməkdir. Çünki evdə darıxan gənc kənarda "daha uyğun" dostlarının arxasınca gedə bilər. Evdə anlayışla qarşılansa, zaman keçdikcə ailəsinə daha çox bağlanar. Gəncin idmanla məşğul olması çox vacibdir. idman vasitəsilə həm də yeni dostlar tapır və onlarla ünsiyyət qurur. 

Həyat yolunda yetkinliyə qədəm qoyan gəncin şəxsiyyətinin formalaşmasında uşaqlıq illərində qazandığı davranışlar öz təsirini göstərir. Ailə, məktəb və dostları ilə olan yaxşı, ya da xoşagəlməz münasibət və hadisələr mənəvi dünyasında əks olunur. Evdə əksər məsələnin dava-dalaşla həll edilmsinə alışan gənc yoldaşları arasında da problemi bu yolla həll etmək istəyir. Mənəvi dəyərlərə sahib bir ailədə formalaşan gənc isə sakit, özünə inanan, səbirli, doğrucul, sağlam, sağlam dünyagörüşə malik olur. Həyatın mənasını başa düşür. Yaşadığı sıxıntılardan, çətinliklərdən çox da təsirlənmir. Çünki: "Ola bilər ki, xoşlamadığınız bir şey sizin üçün xeyirli, sevib arzu etdiyiniz bir şey isə sizin üçün xeyirsiz olar. Doğrusunu Allah bilər, siz bilməzsiniz" ayəsində olduğu kimi, "Hər işdə bir xeyir vardır" kəlamının mənasını düşünər, hadisələrə hərtərəfli yanaşar. 

Dünyaya niyə gəldiyini bilən gənc yaradılışının qayəsinə uyğun yaşayar. Həyatı baxış üfüqünün genişliyi ölçüsündə görər, anlayar və yaşayar. 

"Hər küləkdə yellənsən, dağ boyda da olsan, bir çöpə dəyməzsən." Hz.Mövlana 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye