Yeniyetməlik dövrü
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 20:09 08 mart 2016 tarixində əlavə olunmuşdur

Yenitetməlik və gənclik anlayışları haqqında 

"İnsan həyatı əsasən uşaqlıq, yetkinlik, gənclik, yaşlılıq - orta yaş və qocalıq kimi beş mərhələyə ayrılır." Bu dönəmlərdə yaşın, bədən quruluşunun, iqlim və qidalanmanın xüsusi rolu vardır. 

Yeniyetməlik insanın yetkinliyə addımladığı, qanın qaynadığı, sosial, psixoloji, fiziki dəyişmələrin eyni vaxtda baş verdiyi dövrdür. Bu sahənin mütəxəssisləri yetkinliyin ilk mərhələsinin qızlarda 10-12, oğlanlarda 11-13 yaş arasında, ikinci mərhələsinin isə qızlarda 13-15, oğlanlarda 14-15 yaş arasında olduğunu qeyd edirlər. 

Yeniyetməlik dövrünün başlanğıc və son mərhələsinin dəqiq sərhədləri olmamaqla yanaşı, ilk mərhələ 12-15, formalaşmanın (əqli və fiziki) tamamlanma çağı isə 15-24 yaş arası hesab olunur. Gənclik dövrü ümumi dövr olduğu üçün yeniyetməlik çağını da əhatə edir, ümumiyyətlə, gənclik dövrü 15-30 yaş arası hesab olunur. Bu dövr insan həyatının ən sağlam dövrüdür.Uşaqlıq dövrünün xəstəlikləri geridə qalır. Xəstəlik səbəbi ilə ölüm halları on yaşdan sonra tamamilə azalır. Gənclik dönəmində ölüm hallarının əsas səbəbi ya yol qəzaları, ya da intihar olur. 

Gənclərdə bu dönəmin başlayıb bitmə səviyyəsi və vaxtı yaşadıqları yerin iqlimi, coğrafi şəraiti ilə birlikdə onların ruhi, fiziki və hissi inkişafına, mənsub olduğu cəmiyyətin mədəniyyətinə, xarakterinə görə dəyişə bilər. Mühüm olan odur ki, bu dönəmi daha sağlam addımlamaları üçün onlarda hansı halların baş verəcəyi əvvəlcədən məlum olsun. 

_________

Bir səyyah uzaq ölkələri gəzərkən ağacın altında bir alimin qucağında torba oturub mənalı-mənalı gülümsədiyini görür. 

-Niyə gülümsəyirsən? - deyə soruşur səyyah. 

-Bananın sayəsində həyatın mənasını kəşf etdiyimə görə, - deyə cavab verir bilici. Bunu deyərkən də torbasından bir çürük banan çıxarıb sözünə davam edir: 

-Bu, ömrünü başa vurmuş bir həyatdan xəbər verir. Vaxtında istifadə edilməmişdir və artıq gecdir onun üçün. 

Sonra yamyaşıl bir banan çıxarıb səyyaha göstərir və belə deyir: 

-Bu da hələ yetişməmişdir və öz vaxtını gözləyir. 

Ən axırda da bir yetişmişbanan çıxarıb soyur və səyyahla bölüşür: 

-Bu da içində yaşadığımız zamandan xəbər verir. İnsan onu yaşamalı və ona görə şükr etməyi yaxşı bilməlidir - deyir. 

________

Yeniyetməliyə ilk addım 

Kişiləşmənin ilk addımları uşaqlığın ardınca, 11-12 yaşlarından sonra atılır. Gənclər güc, qüvvət və zəka fidanlığıdır. Necə yetişdirsən, elə də formalaşacaq. Uşaqlıqda öyrəndiyi davranışlarla könüllərə aydınlıq vəd edən bir cəngavər ola biləcəyi kimi, ömrü asıb-kəsməklə keçən bir cani də ola bilər. Bunlar gənclərin özünü fərqli hiss etməsinə, fiziki və əqli baxımdan durğun, əsəbi və qayğılı böyümələrinə səbəb ola bilir. 

Bu dönəmdə şəxsiyyət və davranışlarında bir sıra özünəməxsus xüsusiyyətlər ortaya çıxa billər: daxili narahatlıq, vasvasılıq, tez reaksioya vermə, duyğuların ifadəsində ziqzaqlar, tez sevinmə və kədərlənmə, qərarsızlıq, dərslərə və çalışmalara marağın və diqqətin azalması, istəklərin artması, mənəmlik hissinin qabarması, qadağalara, öyüdlərə, xəbərdarlıqlara qarşı çıxmaq, qayda və məhdudiyyətlərin çoxluğundan sıxılmaq, dözümsüzlük, evdən qaçma, ailədən qopma meyli, evdən uzaq qalma istəyi, özünü haqlı-haqsız müdafiə və dalğınlıq, getdikcə bəzənməyə, geyimə, özünü fərqli göstərməyə düşkünlük, diqqətin yayınması, yaşıdları ilə çox vaxt birgə olma istəyi, onlarla özünü müqayisə, idmana meylin artması və bağlılıq, yaşıdları ilə ortaq bir dünya qurma xəyalları və onu qurmağa cəhd, səsin dəyişməsi, dilin dəyişdirilməsi, hal və hərəkətlərində dostlarına bənzəməyə cəhd, təqlid və özünü tapıb təqdim etmə, "mən də varam" görüntüsü, musiqiyə, əyləncəyə meyil və nəhayət, yoldaşları ilə birgə olma həvəsinin gerçəkləşməsi." 

Bu sadalananlar gənclərin ətrafındakılar tərəfindən fərq edilmə və dəyər verilmə istəyindən irəli gələ bilər. Bir sözlə, yetkinlik çağında "mən artıq uşaq deyiləm" motivi ilə özünü təqdim etməyə ciddi səy göstərilir. 

Dövrün böyük alimlərindən biri yeniyetməlik çağının psixologiyasını fərqli aspektdən dəyərləndirir: "Gənclik damarı ağıldan çox hissiyyatı dinlər. Hiss və həvəs isə kordur, aqibəti görməz, bir dirhəm hazır ləzzəti, irəlidə bir batman ləzzətdən üstün tutar. Bir dəqiqə intiqam ləzzəti ilə qatil olar, səksən min saat həbs ələmlərini çəkər. Bir saat həzz keyfinə görə, bir namus məsələsində həm həbsin, həm düşmənlərinin verdiyi əzab-əziyyətlərlə, sıxıntılarla, ömrünün səadəti məhv olar." 

Yeniyetməlik çıx fırtınalı dövrdür. O, daim özü-özü və ətrafı ilə mübarizə vəziyyətindədir. Psixoloji baxımdan bunlar normal sayılır. Ancaq bəzilərində bu dövr çox haylı-küylü, bəzilərində səssiz keçir. 

Valideynlər gözəllikləri yeniyetmələrin ruhuna hopdurmalıdır. Adətən uşaqlar 0-6 yaş arası öyrənir, 6-12 yaş arası öyrəndiklərini xarakterlərinə ötürür, 12 yaşdan sonra isə şəxsiyyətlərinin inkişafında xarakterə çevrilən davranışları nümayiş etdirirlər. 

Uşaq valideynlərdən daha fəal və məhsuldar olmaq üçün qazandığı davranışları, səhv edə-edə öyrənməlidir. Beləliklə, ona oxuyub araşdırma şövqü verilməli, bu şəkildə gələcəyə hazırlanmalıdır. 

Böyüklər uşaqları anlamağa çalışmalı, səbr etməlidir. Yeniyetmənin davranışlarına dözməyənlər, kiçik maneələri aşa bilməyənlər, dar dairədə boğulanlar gənclik meyvəsindən məhrum yaşayanlardır. 

Kiçik şeyləri problem edənlər böyük şeyləri itirərlər. 

Gənclərlə münasibət necə qurulmalıdır? 

Ünsiyyət - ötürən və qəbul edən iki insan, ya da insan qrupu arasında reallaşan bir duyğu, düşüncə, davranış və bilik mübadiləsidir. Ünsiyyət insanların bir-birini anlama prosesidir. Ünsiyyətin bütün formaları doğumdan ölümə qədər həyatın önəmli parçalarını təşkil edir. Ünsiyyət düşüncə və fikirlərin sözlü şəkildə qarşılıqlı mübadiləsidir. Bu, birtərəflidirsə, məlumatlandırma, ikitərəflidirsə, ünsiyyətdir. Başqa sözlə, ünsiyyət bizim başqalarını, başqalarının da bizi anlaması prosesidir. Ünsiyyət sözlü, yazılı, görüntülü xüsusiyyətlərindən asılı olmayaraq, valideyn-övlad arasında bilgi mübadiləsi kimi də düşünülə bilər. Ünsiyyətdə önəmli olan bilgi ötürmənin ikiyönlü olmasıdır. Bu, birtərəflidirsə, məlumatlandırma, ikiyönlüdürsə, ünsiyyətdir. Başqa sözlə, tərəflər arasında hər görüş, hər söhbət ünsiyyət deyildir. 

Ata-analar gənclərin reaksiyalarına diqqət yetirmədən əmr və göstəriş verməklə münasibət qurmağa çalışırlar. Bu zaman tənbeh, xəbərdarlıq, ittiham kimi ünsiyyətə əngəl olan cəhətləri nəzərə almırlar. Belə vəziyyətdə gənc elə hiss edir ki, duyulmur, anlaşılmır, ona qarşı laqeyddirlər. Bu qənaətlə də yaxınları ilə əlaqəni kəsir. Verilən fikir həmişə nəzərdə tutulduğu kimi anlaşılmır. Tez-tez yalnış anlamalar ola bilər. Məsələn, ata oğluna danışmaq fürsəti vermək, ya da fikirlərini öyrənmək məqsədilə yad bir adamın yanında ondan bir şey soruşur. Ancaq oğlu cavab vermir və sıxılır, atasının məqsədini başa düşmədiyi üçün elə bilir ki, atası onun bilmədiyini üzə çıxarmaq məqsədilə sual verir. Beləcə, gənc atasının duyğu və düşüncələrini anlamadığı üçün onun məqsədini də yalnış anlayır. Bu da ata-oğul münasibətlərinin effektsiz olması ilə nəticələnir. 

Peyğəmbər Əfəndimizə (s.ə.s.) on il qulluq edən Ənəs ibn Malik: "Allah Rəsuluna (s.ə.s.) on il xidmət etdim, gördüyüm bir iş üçün "Niyə gördün?", görməli olduğum işi də görməyəndə "Niyə görmədin?" dediyini xatırlamıram", - deyə Onun mükəmməl münasibət qurma üsulundan xəbər verir. 

Münasibətin möhkəm olması üçün böyüklər təmənnasız sevgi, hörmət göstərməli, başadüşən olmalı və uşağı məhz uşaq kimi, yeniyetməni də yeniyetmə kimi qəbul etməyi bacarmalıdır. 

"Yeniyetməlik dövrünün yol xəritəsi" kitabından (ikinci fəsil) 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+30=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0332 saniye