Yeniyetməyə tətbiq edilən istismarlar
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 13:27 12 mart 2016 tarixində əlavə olunmuşdur

Fiziki istismar: 

Yeniyetmənin valideynlər tərəfindən fiziki cəhətdən incidilməsidir. Bu növ istismarlar nəticəsində hissi problemlər ortaya çıxır. Qəddarlıq, kin, hücum, davranışları fiziki cəzalarla məhdudlaşdırmaq fiziki istismara aiddir. Məlum məsələdir ki, gəncə istənilən davranışların zorla qəbul etdirilməsi qeyri-mümkündür. Uzun müddət belə fiziki istismara məruz qalan gənclər yetkinlik dövründə anormal davranışlara, günaha, yalana yönələ bilərlər. 

Ailənin dağılması, valideynlərdən birinin uşaqları tərk etməsi fiziki istismarı artıra bilər. Ata-ana olmağa hazır olmaq da mühüm amillərdəndir. 

Cəmiyyətdə gənc qızları qorumaq üçün ailələr təzyiq və təhdidə üstünlük verir. Halbuki, əxlaqsızlıq yolunu tutanlar "məngənədə" saxlanma və ya diqqətsiz yanaşılma səbəbindən bu yola düşür. Böyüklər hirslənmə və əsəbiləşməkdənsə, gənclərə əxlaqi dəyərləri mənimsətməklə onlara güvənildiyini hiss etdirməlidir. 

Valideynin fiziki cəzaya əl atması onun bu məsələdə aciz qaldığını göstərir. Acizlik güc tətbiq etməklə ort-basdır edilir. Allah qarşısında acizliyini bilən valideyn belə etməz. Hər problemi həll etmək "mənim işim deyildir" deyib öz üzərinə düşəni edər və qalanını Allaha həvalə edib yalvarar, rahatlıq tapar. 

b) Ruhi-mənəvi istismar: 

Hissi istismar yeniyetmənin duyğularını ifadə edə bilməməsi fonunda rəncidə edilməklə təcrid olunması deməkdir. Onları tez-tez tənqid etmək, onlardan yaşından artıq şeylər gözləmək, qardaş-bacılarına qısqanclıq, uşağın birinə dəyər verib, qalanları gözdən salmaq kimi hallar mənəvi-psixoloji istismarı ortaya çıxarır. 

Məlumdur ki, uşaqlar müxtəlif yaşlarda yeniyetməlik çağına girə bilir. Fiziki və ruhi cəhətdən yetişməmiş 12-15 yaşlı bir qız uşağına yaşına görə bilgilərin verilməsi düzgün deyildir. O bunlara psixoloji cəhətdən hazır olmadığına görə sarsıla bilər. Bu baxımdan cinsi təlim tələsmədən, mərhələ ilə həyata keçirilməlidir. Belə ki, uşaqlar yeniyetməliyin ilk dövründə cinsi məsələlərə maraq göstərirlər. Bu maraqlara laqeyd yanaşmaq, onu ayıblamaq doğru deyil. Ailələr hissi istismar olmasın deyə, bu dövrü yaxşı dəyərləndirməli, gənclərin suallarına düzgün və qaneedici cavablar verməlidir. 

Tərk etmək, rədd etmək, alçaltma, tək qoyma, qorxutma, bezdirmə, lağ eləmə, ayama qoşma, mənəvi ehtiyacları ödəməmə, hədsiz təzyiq, avtoritarizm valideynlərin yol verdiyi əsas yalnış cəhətlərdir. 

Uşaqda özünü göstərən qəddarlıq, kin və dava-dalaşa meyillilik kimi əlamətlərin əsas səbəbinin mənəvi istismar olması ilə bağlı bir misal: 

Bir liseyin paralel siniflərində oxuyan 392 yeniyetmə ilə bağlı bir araşdırma aparılmış, dərk etdikləri hissi istismarın təsiri araşdırılmalıdır. Nəticə belədir: evin tək uşağı kimi böyüyənlər bacı-qardaşı olan uşaqlarla müqayisədə daha çox hissi istismara məruz qalırlar. 

c) Cinsi istismar 

Yetişmiş uşaqların cinsi yetkinliyinə göz yumulması, onlarla yaşına uyğun davranılmaması, onların yetərli cinsi təlim ala bilməməsi, ailədə münasibət qurmaq üçün ürəyincə bir sirdaş, həmdəm olmaması kimi problemlərə tez-tez rast gəlinir. 

Qız uşaqlarına ən böyük dəstəyi anaları verməlidir. Bu baxımdan əvvəlcə ananın məlumatlandırılması lazımdır. Valideynlər uşaqlarına lazımi informasiyanı verməsələr, onlar başqa yerdən yalnış bilgilər əldə edəcək. Bu da yeniyetmələrin əndişələnməsinə, qorxmasına, hətta onlarda ruhi-mənəvi fəsadların yaranmasına gətirib çıxara bilər. 

Bu mövzularda problem yaşayan gənclər əslində ciddi bir tənhalıq və sevgi "aclığı" içindədirlər. Valideynlərin ikisi də işləyən ailələrdə onlar iş qayğıları üzündən, yorğunluqdan uşaqları ilə söhbət edə, onlarla hal-əhval tuta bilmir. Övladlar valideynlərinin bu hallarını tam başa düşmür, hadisələri özlərinə görə dəyərləndirir, nəticədə anlaşılmazlıqlar peyda olur və get-gedə dərinləşir. 

Cinsi səhnələrin mətbuatda qabardılması, televiziya kanallarının bu sahədəki şouları, uyğunsuz filmlər yeniyetməlik ehtiraslarının coşub daşmasına, narahatlıqların meydana gəlməsinə səbəb olur. 

Bu problemlərin qarşısını almaq üçün gənclərə mənəvi-əxlaqi dəyərlər başa salınmalı, onlar mənəvi dəyərlərə yönəldilməli, hansı hərəkətlərin yanlış olduğu mövzusunda məlumatlandırılmalıdır. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye