Yer 2 Romanından
Nihat Atabəyli tərəfindən "Digər yazılar" bolməsinə 19:47 07 mart 2016 tarixində əlavə olunmuşdur

O, əllərini bir an belə barrierlərdən üzməyərək geri çevrilib titrək davranışlar ilə onları aşıb Minin onu fasilə etmədən izləyən, lakin qarşılıqsız olan baxışlarının müşayəti altında gözdən itdi. Bu Minin istədiyi nəticə idi. Hətta ona göz ucuyla da olsa fikir verməyən qadının heç də normal olmayan bu davranışları ən sonda onun ölüm qərarından daşınmasıyla böyük bir ecaskarlığa çevrilirdi. Mi bir insanın həyatını xilas etmiş qəhrəmanlar sayağı sülhsevər təbəssümü ilə dəmir səddi aşaraq on- on beş dəqiqə öncə ayrıldığı həyatına geri döndü. Bir qədər əvvəl barrierləri aşaraq beton uçurumdan aşağı baxmaq qərarına gələrkən ehtiyyatsızlıqdan əlindən düşürməmək üçün sakitcə soyunaraq kənara qoyduğu bel çantasını götürərək yoluna davam etməyə başladığı andan etibarən o da durmadan dairələr cızan cəmiyyətin bir parçasına çervrilmiş oldu.Uzun iş günündəki ağır gecə növbəsindən sonra çox yorulmuşdu. Düşüncələrinin böyük hissəsi yatmaq planlarına həsr edilsə də bir az öncə baş vermiş hadisə də fikirlərinə öz təsirini göstərməyə başlamışdı. Düzdür hüç də hər gün qarşılaşmadığı bir hadisədə iştirakçı olması səbəbiylə o qədər də təəccüblənmirdi, ancaq fikirlərinə getdikcə daha çox nüfuz edən həmin qeyri adi qadını heç cür ağlından çıxara bilmirdi.Minin cəmi beş- altı saniyə davam edən baxışlarından ona bu kiçik bir müddət ərzində yaddaşını yükləyə biləcəyi həddindən çox xatirə yadigar qalmışdı: Yüngül şişginliyə malik gözlər və gözlərdən bir qədər çox şişgin görünən ağız hissəsində diqqətini ən çox cəlb edən balaca, lakin oval formalı, qeyri- adi yumruluğa malik, cazibəsini artırmamaq üçün boyanılmamış dodaqlar. Çənə hissəsin azca uzanıyan dairəvi sifət quruluşunu ideal bir şəkildə tamamlayan orta ölçülü, çəpər sümüyü ifrat düz görünən, ucunda isə daha çox dairələşərək bir qədər artıq təsiri bağışlayan xoşagəlimli burun. Şirin bir yüngüllüklə sallanan boğaz altının yanaqları ilə ahəngə girməsi. O qədər də hamar görünməyən qədim Misir mədəniyyətinə xas olan və sadəcə ön hissəsi qaşlarının tənindən kəsilərək qısaldılmaq əvəzində yanlara tökülən saçları səbəbilə demək olar ki, görünməyən qulaqlarının üst hissəsinə keçirilmiş kleopatrasayağı çiyinlərə qədər saçlar. Təqribən 190 sm, arıq, qeyri- atletik quruluşlu bədən ölçüləri. Yüngülcə deformasiya olunmuş, lakin qadın üçün kifayət qədər enli sayılan çiyinlərə malik kürək və onun 3/2 hissəsi incəliyində bel. Bir də Minin unuda bilmədiyi nazik, lakin ən azı kürəyinin 80, 85% qədərində olan geniş ombalar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+16=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0224 saniye