Yerə həyat Marsdan gəlib?
Vüsal Məmmədzadə tərəfindən "Elmi məqalə" bolməsinə 10:52 27 iyun 2014 tarixində əlavə olunmuşdur

 

 

 

 

 

2006-cı ildə “Daily Telegraph” qəzetində “Nuhun gəmisi Marsda tapıldı” başlıqlı xəbər dərc olundu. Xəbərdə təqdim edilən fotoda Marsda gəmiyə bənzər obyekt təsvir edilmişdi. Qəzaya uğramış gəmini xatırladan obyekt Nuhun gəmisi ola bilərdimi?

Xəbərdə həmin obyektin Nuhun gəmisi olması təstiq edilmirdi: “Bu, ola bilsin, Nuhun gəmisi deyil və ya, ümumiyyətlə, gəmi deyil. Sadəcə, Yerdə tapılmayan gəminin Marsda olması mümkündür”. Yazının davamında bu fikri Börn Universitetinin alimi Barri Atkinson təstiqləyir: “Dini rəvayətlərdə həyatı yenidən başladan birindən bəhs edilir. Bu, Nuhdur. Hansı ki, hələ Yer üzündə heç kim onun qalıqlarına rast gəlməyib. Ancaq bu tapıntı yeni bir nəzəriyyənin ortaya atılmasına kömək olur. Bəlkə, Nuh Yerə həyatı Marsdan gətirib? Niyə də olamsın?!”, - deyən alim, “ Ola bilsin, rəvayətlərdə təsvir edilən tufan, sel fəlakəti elə Marsda baş verib. Nuh isə bir xilaskar kimi qurğu ixtira edib və Marsdakı canlıları Yerə daşıyıb”.

Belə olan halda, gəminin Marsda nə işi var? Axı Nuh gəmi ilə insanları Yerə gətiribsə, həmin gəmi bir də necə geri qayıdıb? Atkinson buna da cavab verir: “Söhbət gəmidən getmir. Aydın məsələdir ki, gəmi ilə Marsdan Yerə gəlmək mümkün deyil. Söhbət ideyadan gedir. Həmin fəlakət Marsda baş veribsə və Nuh kimi bir xilaskar olubsa, o, bizim indiki kosmik gəmilərə bənzər bir qurğu ilə bunu edə bilərdi. Bəlkə, elə Marsdakı sirli Sidoniya ərazisindəki tikililəri də Nuhun nəsli ucaldıb?”.

Elm, hələ ki, Marsla bağlı suallara cavab verə bilmir. Qırmızı planetə göndərilmiş bir neçə aparatın Yerə göndərdiyi bəzi sirli fotolar isə daha çox sualın yaranmasına səbəb olub. Mars proqramına əsasən isə 2035-ci ildə Marsa insan göndəriləcək. Artıq göndəriləcək insan da məlumdur. Alissa Karson adlı 7 yaşlı qızcığaz NASA-nın xüsusi təlimlərində iştirak edir və Marsa uçuş üçün hazırlaşdırılır. Bəlkə də, o, bizi düşündürən bütün suallara cavab tapa biləcək.

Marsda vaxtı ilə həyatın mövcud olub-olmadığını, Sidoniya dərəsinin sirlərini aşkara çıxarmaq üçün bir qədər gözləməliyik...


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0326 saniye