Yetirin dərdimi ol sevgili canan gəlsin.
Məni yad eyləyərək yanıma mehman gəlsin.
İntizar qoymadı artıq qala gözlərdə nuru,
Bitsin artıq bu qədər həsrəti-hicran, gəlsin.
Ruh viran, qəlb pərişan, hər bir anım ahu-fəğan,
Olaraq çarə bütün dərdimə dərman gəlsin.
Lütf edib bir baxışınla şad et, ey sevgili yar,
Qoyma biçarə aşiq hali-pərişan gəlsin.
Bu cahan hüsnün önündə elə aciz ki, sənin
İstə cəhənnəm olan yerlərə Cinan gəlsin.