yeyib-içməklər
Samir Kərimov tərəfindən "Digər yazılar" bolməsinə 11:50 21 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Hansısa ləziz yeməkdən dad almaq, ona nəfs etmək coxmu vacibdir. İnsan hələ nə qədər öz qarnını düşünəcək? Daha bəs deyilmi bu yeyib-içməklər... Ondansa mənliyi olan bir şəxslə oturub söhbətləşmək daha dadlı deyilmi? Mənəviyyatlı biriylə oturub durmaq daha mənalı deyilmi? Yoxsa iyrənc milçəklər hələ nə qədər vızıldayacaq bu yeyib-içməklərin üzərində... Bir şeyin ki üzərində hər zaman milçəklər vızıldayır. Və insnalar da ondan əl çəkmir. Hələ araşdırsaq milçəklə insanın bir çox ortaq cəhətlərini də taparıq. Hələ inanıram ki dünyada mənəviyyat itib batmayıb. Hələ də şəxsiyyəti olanlar nələrisə qoruyub saxlayır. Və burda əsla cinsiyyət əsas rol oynamır. Əsas olan insani keyfiyyətlərdir. Və insan qarnından öncə bu haqda düşünməlidir. Yoxsa bu qədər yeyib içməkdən sonra milçəklər bu məxluqların qarnına da toplanıb orda vızıldayacaqlar. Belə, yeyib-içməklər və milçəklər... bu gecənin qaranlığında qələmim də bitir artıq. Qara düşüncələrdən uzaq durmaq üçün öz mənliyimizi qorumalıyıq,şəxsiyyətimizi ayaqlar altına atıb üstündə təpinməməliyik. Çünki mənlik,mənəviyyat,vicdan və şəxsiyyət bir də təmiri mümkün olmayan şeylərdir. Bir dəfə sınar bir də birləşməz...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0443 saniye