Yol ayrıcında
Xuraman tərəfindən "Şeir" bolməsinə 22:51 13 fevral 2014 tarixində əlavə olunmuşdur

Qaranlıq gecələri həbs etmək istəyirsən bir gün qəlbinə,
Leylinin niyə elə kədərli olduğunu anlamaq istəyirsən nankorca..
Əhdlərini pozmaq istəyirsən,
Şərabın xamlara günah olduğunu demək istəyirsən sərxoşca..
Bir az qanatmaq istəyirsən uzaqları,
Yaxınları uzaq edirsən, insanca..
Düşünmək istəyirsən, bacarmaq istəyirsən,
Susmaq istəyirsən, sevmək istəyirsən,
Qaçmaq.. Yox qaçmaq istəmirsən.
Çünki əllərini alıblar əlindən..
Özünə gəlmək istəyirsən, səndən getməklə hədələyirlər səni..
Qırılıb qanadların, bir az ağrıyır için,
Bu gecə dua da yoxdur dərdləşməyə..
Bu gecə Tanrını da narahat etmək istəmirsən, adəmcə..
Bu gecə unudursan intiharı,
Unudursan ölümü, ölümsüzlüyü..
Yarımçıq Sirat körpüsü ağlında,
Keçıirsən, bir də baxırsan ki, qalmısan yol ayrıcında..


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0275 saniye