Yol göstər
Zaur USTAC tərəfindən "Şeir" bolməsinə 02:34 19 aprel 2015 tarixində əlavə olunmuşdur

Əcəb xalın var imiş, tər sinədə,
Gözəlliklər tək-tək çıxır aşkara.
Xoş vaxtına düşüb, qələm çəkəndə,
Heçnə əksiltməyib, şükür Muxtara... 

Nə qədər gözəlsən, nə qədər şirin,
Dünyamda şahısan sən gözəllərin,
Sənintək gülərüz, gözəl dilbərin,
Hüsnündə eyib yox, adam axtara.... 

Deyirlər xalların olur xatası,
Sirlidir Zaurun yeni butası,
Bir dəryasan, naməlum çox adası,
Səyyah naşı, çətin tapıb qurtara....

24.11.2009 / Bakı


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Zaur USTAC
Haqqında
Zaur USTAC 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonu-nun Yusifcanlı kənd orta məktəbi-ndə almış, ardıcıl olaraq Bakı Dövlət Universiteti-ndə, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi-ndə, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu-nda vəŞamaxı Humanitar Kolleci-ndə təhsilini davam etdirmişdir. Birinci Qarabağ müharibəsi-nin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac "GÜNAYDIN“ ("AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ...”, “QƏLBİMİN AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, "ÇƏHRAYI KİTAB" kimi şeirlər kitablarının, "USUBCAN ƏFSANƏSİ" adlı məqalələr toplusunun və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.
Əlaqə
Tel.:
050-411-05-75
E-mail:
zauryazar@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.023 saniye