Yollar məni uşaqlıq çağlarıma qovuşdur
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:15 21 fevral 2017 tarixində əlavə olunmuşdur

Getməyədə hazıram gecə günduz bu yolu,
Mən dünyada kiməm ki,sadə bir Allah qulu,
Bir diləyim varginən qəbul eylə arzumu,
Yollar məni uşaqlıq çağlarıma qovuşdur.

Gəlişini gözləyim pəncərədən Atamın,
Ərköyünlük eyləyim qucağında Anamın
Saatın cıqqıltısıyla evçik qurum oynayım,
Yollar məni uşaqlıq çağlarıma qovuşdur.

Özüm Ata olsamda,hey gəzirəm Atamı,
Bir kərə gəlişiyçün qurban verrəm canımı,
İstədiyim tək budur,dəyişdir həyatımı,
Yollar məni uşaqlıq çağlarıma qovuşdur.

Dilimdə şüar olub,varımdı həmdim mənim,
La ilahə illəllah ,daim var sədaqətim.
Ümüd dolu cücərib,pöhrə atıb diləyim,
Yollar məni uşaqlıq çağlarıma qovuşdur.

Bir sabahın arzusun qeyd edirəm dəfdərə,
Aşmağada hazıram çıxsa önə dağ- dərə.
Ya uçakla yadaki,bir başa o illərə,
Yollar məni uşaqlıq çağlarıma qovuşdur.

 


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
10+25=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0322 saniye