Allahı itirib səni tapmışdım,
Səni də itirdim, Allahı tapdım
Çevirib başımı geriyə baxdım:
Ömrümü heçliklə didən yollara
Gör hələ yar mənə neçə zol çəkər
O əllər əbədi dərdə qol çəkər
Ümidlər tükənər, könül yol çəkər
Bir gün gəlməyini güdən yollara
Qismətim önündən kənar dolandın,
Bəlkə də əzəldən yalan-dolandın
Bəs niyə ruhuma belə dolafndın:
Yönəltdin məni ram edən yollara?!
Həsrətdə comərdsən, ver qucaq-qucaq
İçimdə yerim yox, dolub künc-bucaq
Bir az da zorlasan, sən fışqıracaq
Qəlbimdən Allaha gedən yollara