"Yaş otuz beş, yolun yarısı edər" deyincə şair, yolu yarılayan qadınlar ağılıma gəlir.
Nə axtardığını, ya da nə axtarmadığını bilən qadınlar.
Eşqi, sevdanı mütləq dadmış olurlar.
Bu səbəblə onları səthi duyğularla aldatmaq mümkün deyil.
Eşqin də, eşqsizliyin də qoxusu bu qadınlara sizdən əvvəl gəlir.
Ömrünün digər yarısını özünü inkişaf etdirməyə həsr edəcəyindən şüurları zirvəyə yüksəlir.
Ağıl və bədənlə birlikdə girdiyi mühitə rəng və işıq verir.
Yolu yarılayan qadınlarla asan və çətin bir həyat iç-içədir.
Sevgisində də, hirsində də cömərddir.
"Hə" mənasını verən, qadına xas "xeyr"lərlə kapriz edilməyəcəyini çoxdan öyrənmişdir.
Kişinin nə ardından gələr, nə də irəlisində olmaq üçün çalışar.
Yan-yana, can-cana duruşlardır seçimi...
Bəzən bir ana şəfqəti, bəzən də bir aslan kükrəməsi ilə qarışıqlığa çevirir.
Onunla birlikdə olan kişinin hər şeyə hazır olması lazımdır.
Yolu yarılayan qadınlar duyğularını yaşamasını bilir.
Davranışları səbəbsiz deyil.
Ürəyi qırıldısa ağlayar, ağlayışının səbəbi, kişinin ona təqdim edəcəyi sevgi deyildir.
Xoşbəxtdirsə, qəhqəhələr atar, gülüşünün səbəbi diqqət çəkmək deyildir.
Sevirsə qısqanar, qısqanc olmasının səbəbi özünə etibarsızlıq deyildir.
Üzgündürsə, bənizi solar, dəstək istəməsi çarəsizliyindən deyildir.
Susqundursa səbəbi vardır, öz halına buraxılması lazımdır.
Yolu yarılayan qadınların hissiyyatı qüvvətlidir.
Aldadıldığını, hisslərindən istifadə edərək gün işığına çıxarır.
"Vəda vaxtı gəldi" deməyinizə belə ehtiyac yoxdur.
O verdiyiniz mesajı çoxdan anlayıb, öz yolunu tutmuşdur.
Hər gediş qadını daha da qadınlaşdırar.
Gedənin ardından baxacaq qədər həyatın uzun olmadığını anlamışdır.
Və sirrli olmaq, qadına ən çox bu yaşlarda yaraşar...
Aysel Abdullazadə...