yorğun insan,
yenə çiynin düşür,bədənindən aşağı.
qaçırsan öz içində,
hamıdan hər kəsdən,
yorulursan yenə sən.
ürəyin tərləyir,
və səni zəhərləyir.
yorğun insan,
günəşin çoxdan sönüb,
işıq yox, kölgələr saçır,
bu kölgələr yollarına,
neçə-neçə döngələr qatır.
azırsan öz-özündə.
hədəfləri tapa bilmirsən,
gecələr zülmət olur,
ay çıxır,buludlar lay-lay çalır,
amma sən tənha yatağında ,
yata bilmirsən.
yorğun insan,
bu yorğunluğa dözə bilmirsən,
elə yorğunsan ki,
heç ölə də bilmirsən.
elə hey yaşayırsan,
amma yorğun-yorğun.