Yoruldum
Ülfət Cavad tərəfindən "Şeir" bolməsinə 18:22 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu dünyanın acısından , agrısından

Göz yaşından, kədərindən, qüssəsindən,

Yerli – yersiz tənəsindən, fitnəsindən,

Çox yoruldum, agı çalan ney səsindən.

İnsanlığın tükəndiyi, ədalətin əzildiyi,

Zalımlara meydan verən, məkan verən,

Cəhalətə cığır açan, qaranlıqda at oynadan,

Dəccal üzlü, şeytan gözlü , iblislərin

Sfətindən, nəfəsindən, xırıltılı gur səsindən

Çox yoruldum, çox usandım, çox budandım...

Münafiqin insanlıqdan “dastan” yazan qələmindən,

Simasızın “şərəf” adlı yenı çıxan “dəftərindən”,

Allahsızın “ iman”   dolu   xütbəsindən,

Çox yoruldum, çox usandım, çox budandım...

Günü - gündən bərbadlaşan, çirkinliyi aşıb - daşan,

Gedə - gedə paxıllaşan, üzü nursuz, harınlaşan,

Başı kicik, qarnı yekə, canlı olub, azgınlaşan

Azğınlardan, yollarını azmışlardan

Çox yoruldum , belə çirkin varlıqları seyr etməkdən...

Rövnəqlənmir daha dünya, qürub edib, gör nə vaxtı,

Seyrangahı müflis olub, səfasına çatmır əllər

Nəfəs alıb, nəfəs verən “canlıların” çoxalması,

Bu, minvalla qaranlıqda insanlığın yox olması...

Keçmişimə boylanıram, o illəri çox anıram,

Köçüb getmiş xanım - xatın nənələri,

Küsüb getmiş ağayana ər bəyləri,

Ehtiramla, iltifatla, hey anıram...

Bir zamanlar şirin idi mənə hayat,

O zaman ki, insanların sayı çoxdu,

İnsanların qayəsiydi   insanlığa cığır açmaq,

Ağayana, bəy babanın yolu idi, mərd yaşamaq...

            13.07.2013. Ukrayna,Xarkov... Ülfət Cavad.


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.039 saniye