Yoxdur demə, dünyada qəmin möhtacı insan...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:25 04 mart 2016 tarixində əlavə olunmuşdur

Yoxdur demə,dünyada qəmin möhtacı insan,
İnsandı bəşər övladı,olmaz qəmi pünhan.
****
Pünhan necə çəksin qəmi Məcnun kimi aşiq,
Aşiqlərə zülm etmədə pərgardı bu dövran.
***
Dövran belə gəlmiş deyə səbr eyləmə,ey şəm,
Şəmdən yana pərvanə edər canını qurban.
***
Qurban sənə olsun bu canım,can dilə məndən,
Mən istəmərəm kim,çəkəsən qəm ilə hicran.
***
Hicrandı qəmin çarəsi,Mövlud,bunu dərk et,
Dərk et,nədi ah-zar,nədi nalan,nədi əfğan.

24.05.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0289 saniye