Yoxdur....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:12 03 fevral 2015 tarixində əlavə olunmuşdur

Yoxdur

Bu dünyada,dostlar,bilin,
Eşq oduna yanan yoxdur.
Yaxşıların dövranıdır,
Kim deyir ki,yaman yoxdur.
***
Kədər nədir bilməyincə,
Göz yaşını silməyincə,
Dost-tanışlar gəlməyincə
Dərdə çarə qılan yoxdur.
***
Ömür gödək,tale qara,
Qəlbim olub para-para.
Asın məni,çəkin dara
Dost aşnada iman yoxdur.
***
Şair Mövlud,dostu tanı,
Namərdlərdə insaf hanı?
Axıracan bu dünyanı
Əldə tutub qalan yoxdur.

10.02.1984.Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0427 saniye