YOXDUR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 17:44 07 noyabr 2017 tarixində əlavə olunmuşdur

YOXDUR

 

Nifrəti  öyrətdin eşqin yolunda, 
Girdin ürəyimə mələk donunda. 
Gördüyün deyiləm bil ki sonunda, 
Eşqə ,məhəbbətə inamım yoxdur. 

Desəm saya gəlməz dediyin yalan, 
Eylədin könlümü, qəlbimi talan. 
Bir vaxt fikrin ilə xəyala dalan ,
Düşünüb mənimtək ananın yoxdur. 

Dur, bir aynaya bax, bulanıb üzün, 
Bitib tükənibdi ağzında sözün. 
Deyəcəm nifrətlə hər zaman düzün,
Mənim uydurmağa yalanım yoxdur. 

Sənin məhəbbətin bazara bənzər- 
Kim alar, gözlərin müştəri gözlər. 
Mənim məhəbbətim sədaqət istər, 
Çətin səndə ola, gümanım yoxdur.

Qırdın,parçaladın büllur ürəyi,
Puç etdin verdiyim onca əməyi,
Seymurun gözündən gəldi sevməyi,
Məndən uzaq dayan ,amanım yoxdur.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0242 saniye