Yoxluğun danışsın
İbrahim Abdullayev tərəfindən "Şeir" bolməsinə 02:43 23 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yoxluğun Danışsın 

Payızının xəzanı
qışının buzu
yalnızlığında fəsilləri var.
Birdə bunun il uzunu
darixmağlı gecələri var

Canım gözüm əzizim
Qonağım ol bu axşam
Bir çayımı iç
Evimin hər yerinə hisslərim dağılıb
Tapdama
ehmallıca masaya keç.
Danış mənə vəfasızlıq necə gedir
Yol gözləmək qədər çətinmi?
Söylə səncə
məndə o tərəfə keçimmi?
Səncə məndə sənin kimi
xatirələrini əzib keçə bilərəmmi?
Məndə sənin kimi
ucuz sevgimi satıb,
Bahalı arzulara köçə bilərəmmi?

Canım gözüm əzizim
Susma nolar danış biraz
Mən ölüm utanma etdiyindən
Dolmuş gözlərimə
baxmağa calış biraz

Sıxılma, çəkinmə
Mən onsuzda səni bağışlamışam
Narahat olma heç kimə,
bu ayrılığınan danışmamışam
Demişəm mən atıb getdim onu
Demişəm bahalı arzularımçün
mən satıb getdim onu

Nəbadə ağlama sən
Axı təbəssümünə tutulmuşdum
Nə qədər saxta olsada
gülərüzünə vurulmuşdum.

Yada sakit dur beləcə
Mən danışım birazda
Tək qalandan bəri
hey deyinirəm.
Küçənin iti kimi
Dost- tanış deyib güləndə
boynumu bururam.
Anasız yetim kimi

Canım gözüm əzizim
Səni son dəfə xəyal edirəm
Bu son gecədə xəyalimda səni
artıq mən tərk edirəm.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

İbrahim Abdullayev
Əlaqə
Tel.:
0515192332
E-mail:
ibo-e@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0306 saniye