YOXLUĞUNA TAPŞIR MƏNİ QALSIN MƏNLƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:48 30 oktyabr 2018 tarixində əlavə olunmuşdur

 YOXLUĞUNA TAPŞIR MƏNİ QALSIN MƏNLƏ

 

Bu həsrətin adı qədər özü çətin,

Göstər əgər sevirsənsə hanı eşqin?

Varsa deyim xətri biraz məhəbbətin,

Ayaq saxla dəyan nolar, dur bir dinlə.

Yoxluğuna tapşır məni qalsın mənlə.!

 

Acısıda olsa belə xatirəsi çox şirindir,

Sədaqəti etibari,inamlıdı həm mətindir,

Xəyallarım özüm kimi,elə sənin əsirindir,

Ayaq saxla dəyan nolar , dur bir dinlə.

Yoxluğuna tapşır məni qalsın mənlə.!

 

Rəssam olsam insaflı bir sən çəkərdim,

Saçlarını çələnglərlə bax bəzərdim,

Bu əsərdə danışardım dinərdim,

Ayaq saxla dəyan nolar ,dur bir dinlə.

Yoxluğuna tapşır məni qalsın mənlə.!

 

Gəl qərq eylə dan ulduzum məni qurtar,

Qoymə çəkim yoxluğundan kədər qübar,

Çox qorxuram tənhalıqdan,qəlbi sıxar,

Ayaq saxla dəyan nolar ,dur bir dinlə.

Yoxluğuna tapşır məni qalsın mənlə.!

 

Dustağınam azdlığın,əllindədi açarları,

Gercək başqa zəbt etmisən yuxuları,

Hara baxsam sən görürəm,biran barı ,

Ayaq saxla dəyan nolar ,dur bir dinlə.

Yoxluğuna tapşır məni qalsın mənlə.!

 

Bu ürəyim başqasına meyil etməz,

Hicran məni sarsıtmaz ki,eşqim bitməz,

Gör nə deyir sənə axı Seymur Sönməz

Ayaq saxla dəyan nolar ,dur bir dinlə.

Yoxluğuna tapşır məni qalsın mənlə.!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 

30 OKTYABR 2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye