Yoxsul adamlar
Azər Şamxalov tərəfindən "Şeir" bolməsinə 01:55 13 fevral 2015 tarixində əlavə olunmuşdur

Bir gün biri heyatına girir yerin bərk edir
Hamı bir gün gedəcək şair bunu dərk edir
Bir sabah səbəbsizcə səni tərk edir
İnsafdan yoxsul adamlar
Sən yanımda ol razıyam çəkim səfalət
Amma bu yanımda olacağına vermir zəmanət
Nə vaxtsa olur Əhli-Xəyanət
Sevgidən yoxsul adamlar
***
Nə insanlar gördük hissləri saxta
Eşq baxmır kəndə ya da paytaxta
Ayrılanda pis danışır sevdiyi haqda
Şərəfdən yoxsul adamlar
Şeir ətri gələn yerdi boş ve səssiz küçələr
Sönmüş ocaq birdə çətin közərər
Çox vaxt şeir yazır gecələr
Sevincdən yoxsul adamlar
***
Yalan satmaq nankorluğun başqa qoludur
Bəhanə ile getmək təmizə çıxmağın ən yaxşı yoludur
Çox keçmir hər şeyi unudur
Vəfadan yoxsul adamlar.
Getdin ama tanımağıma göre üzülmərəm men
Səni tapmağın üçün lazim bu qəlbi ikiyə bölmən
Və deyər "Canı sağ olsun" hər şeyə rəğmən
Vicdanı zəngin adamlar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+8=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0314 saniye