Yoxsul olmaq, ya yoxsun olmaq insanlıq xaricidir?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 00:33 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bizdən fərqli görünənləri təcrid etmək...!

Yazarkən belə nə qədər çirkin bir ifadə olduğunu hiss edirəm. Xüsusilə, insan və heyvanlar ruhumuzun ağzından çıxan bu dışlanmaya məruz qala bilirlər. Həyat hər zaman, hər kəsə bərabər davranmaya bilir. Davranmaz da...

Çünki həyat bu imtahanı, yəni bərabər tutma vəzifəsini tək imtiyaz sahibi olan biz insanların insafına buraxmışdır. Yaxşı, biz nə edirik?

-Yoxsulluğu ilə,
-Əngəlli olmağı ilə,
-Çirkinliyi ilə,
-Diliylə,
-Diniylə
-Təhsilsizliyi ilə...

Yediyi-içdiyi ilə ələ salar, aşağı görərək, bir də cəmiyyətdən təcrid edərik. Bu tip sağlam olmayan ağıl oyunlarıyla içimizdəki düşməni öz yuvasında barındırdığımızın fərqində belə deyilik. Bu ürək bulandırıcı və hədsiz davranış "insanam" deyənə əsla yaraşmaz... Saydığım səbəblərdən ötrü təcrid olunanlar, düşünürəm ki, məni daha yaxşı anlayacaq. Yaşanılası və yaşadılası yüzlərlə gözəl duyğu varkən, kiminsə həyatının dadını pozmağa haqqımız yoxdur! Özümüzü bu xəbis duyğudan mümkün olduqca şəxsən və birə-bir şəkildə qurtarmalıyıq...

Daxili görünüşlə özünü, xarici görünüşüylə başqalarını ucaltmaq varkən, bu parazit duyğuya yol verməməliyik. Hər kəs bəxtinə düşənlə yaşayar. İnsana xas niyyətlər ürəyin ya üstündə, ya da altındadır. Çünki ürəyimizin kimyası yalnız yaxşı niyyəti saxlayar. Hamımız görməyə dəyər bir dünya, bir cəmiyyət istəyirik. Kimi kimdən, nəyi kimdən dışladığımızın sualı yenə öz cavabının içindədir. Cavab da, sual da bizik, əslində. Yalanla gerçək, yaxşı ilə pis, doğru və yalnış biz isək, bizi bizdən başqa anlayacaq kimsə də yoxdur. Təcrid edərsək uzaqlaşar, yox olar, sevsəniz sevilər. İçimizdəki cəhalətin tərbiyəçiləri yenə bizik. Ağlı dəli ruhumuzu yaxşı niyyətlə hər gün əhliləşdirməliyik. Eşitməyi bilsək dönüb baxarıq, baxmağı bilsək görərik, yaxınlaşmağı bilsək həyatın mükafatlandırmadığı bu həssas insanları anlaya bilərik. Sevdiyim bir misra var, hər zaman beynimdə dolaşar: -Ruhuna ruhanilər ol ki, getsin gəmi...

Bu həyatda nə olub bitirsə, hər şeyin məsulu biz insanlarıq. İnsanın tarazlığını pozan da bizik, təbiətin tarazlığını pozan da... İnsan olma sənəti çöldən göründüyü kimi asan deyil, lakin çətin prosesləri bir-birimizi anlayaraq, ancaq biz asanlaşdıra bilərik... Hər kəs pambıqlara sarılı bir həyat yaşamaq istəyər, hər kəs gözəl, sağlam, pullu, təhsilli olmağı istəyər. Lakin kimi insanlarda bu saydığım yüksəkliklər olmaya bilər. Sırf onlarda bu keyfiyyətlərin olmadığı üçün kiçimsəyə bilmərik.

Onsuz da həyatın ödülləndirmədiyi bu insanların bir də təcrid olunmağa məruz qalmaları mərhəmətsizcə olmaz mı? Onlara cəmiyyətdə söz haqqı tanımaq varkən, cəhalətin və irqçiliyin pəncəsinə atmaq mərhəmətsizcə olmaz mı? Onları təcrid etmək yerinə dayaq olmaq daha insanlığa uyğun olmaz mı? Belələri yoxdur deməyin, içimizdə mütləq var, dininə görə xor baxan, irqinə görə ayrımcılıq edən, yoxsulluğuna görə aşağılayan, çirkinliyini ön planda görüb daxilinə varmadan gülən, əngəlli olması nədəni ilə uzaq duran, dilini kiçimsəyən, təhsilsizliyini bilib müzakirədən, öyrətməkdən qaçan insanlar daima içimizdədir...

Siz bütün bunlara sahib olmuş ola bilərsiniz, fəqət, bu keyfiyyətlərinizi bunlardan yoxsun olan insanlarımıza aşılayaraq, öyrədərək həqiqətən daxilinizin də bu keyfiyyətlərə layiq olduğunu göstərin!

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0238 saniye