Yoxsulluqdan Oskara gedən yol
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:59 31 mart 2016 tarixində əlavə olunmuşdur

Əgər Slvester Stallone Rokki mövzusunda bu qədər qərarlı olmasaydı, bəlkə də film əfsanələr arasına heç vaxt olmayacaqdı. Bundan illər öncə, bank hesabında yalnız 106 dollar pulu qalan, maşını olmayan və hətta itini bəsləyəcək pulu olmadığı üçün onu satmağa qərar verən Stallone, günün birində həyatını başdan-ayağa dəyişdirəcək bir ssenari yazdı: Rokki.

 Stallone ssenarisini Irvin Vinkler və Robert Chartoff adında iki prodüserə göstərdi. Prodüserlər ssenarini bəyəndi və Stalloneyə ssenarinin haqları üçün tam 350 min dollar təklif etdilər. Pulsuzluqdan çox sevdiyi itini də satan Stallone üçün bu təklif xəyallar edə bilməyəcəyi bir məbləğ idi. Amma təklifi qəbul etmədi! Çünki Stallonenin müqavilə üçün yalnız tək bir şərti var idi: Rokki rolunu özü oynayacaqdı! Çətin vəziyyətdə qalan prodüserlər Slvester Stallonenin istəyini qəbul etdilər və filmin hüquqlarını satın alıb United Artists adlı təşkilata müraciət etdilər.

Filmin büdcəsini 2 milyon dollar olaraq təyin edən təşkilat, baş rol ifaçısının heç tanımadıqları Stallone olmasına qarşı çıxırdı. Rokki roluna Stallone yerinə o dövrün ulduz adlarından Robert Redford, Ryan Oneal, ya da Burt Reynoldsun çəkilməsində israr etdilər. Ancaq iki prodüser Winkler və Chartoff, Stallonenin bu məsələdə qəti qərarlı olduğunu bildirdikdə, təşkilat filmin büdcəsini 1 milyon dollara endirdi. Hətta bununla da kifayətlənməyib iki prodüserə, filmin zərərə məruz qalması vəziyyətində hər şeydən məsul olacaqlarına dair müqavilə imzalatdılar.Filmin yekun büdcəsi 1.1 milyon dollara yüksəldi. Çünki iki prodüser Winkler və Chartoff layihənin tamamlanması üçün evlərini ipoteka etdirdi.

Slvester Stallone, Rokki ssenarisini 24 mart 1975-də Məhəmməd Əli və Chuck Vepnerin qarşı-qarşıya gəldiyi boks matçını izlədikdən sonra yazdı.Bu oyunda, 36 yaşlı boksçu Chuck Vepnerin Muhammad Ali qarşısında heç bir şansı olmadığı, ən çox 3 raund dözə biləcəyi deyilirdi. Ancaq Vepner hər kəsi çox təəccübləndirərək Məhəmməd Əliyə düz 15 raund davam gətirməyi bacardı. Chuck Vepner, Məhəmməd Əlidən nə qədər sərt zərbələr alırsa alsın dayanmır və döyüşməyə davam edirdi. Və beləcə Chuck Stalloneyə Rokki ssenarisi üçün ilham vermiş oldu.Bu arada Chuck Vepner matçı texniki nakautla məğlub bitirmişdi.

Rokki böyük rəqibi Apollo rolu üçün seçmələr keçirilən zaman növbə Karl Vathersa gəlir. Vathersdan, Slvester Stallonenin qarşısına keçərək bir boks səhnəsi canlandırması tələb olunur. Vathers səhvən Slvester Stallonenin çənəsini yumruqlamağa başlayır. Stallone, Vathersa sakit olmasını bunun yalnız seçmələr olduğunu deyir. Vathers isə bir dublyor yerinə gerçək bir aktyorla oynasa daha yaxşı rol edə biləcəyini ifadə edir. Rejissor Con G. Avildsen gülümsəyir və Weathersa Stallonenin filmin gerçək aktyoru olduğunu deyir.Vathers, bir anlıq dayanıb Stalloneye baxır və deyir: "Yaxşı, bəlkə gələcəkdə daha yaxşı rol oynamağa başlayarr". Stallone, Apollo rolunu dərhal ona verir.

Rokki-nin ət anbarında ətləri yumruqladığı səhnə məşhurdur.Bu səhnənin çəkilişləri zamanı Stallone ətləri o qədər uzun müddət sərt bir şəkildə yumruqladı ki sonunda əlinin üst səthi düzləşdi. Stallone bu gün də əlini yumruq vəziyyətinə gətirəndə düzləşmənin təsirini görür.

Rokki-nin muzeyin pilləkanlarını qaçaraq çıxdığı məşhur səhnəni xatırlayırsınız yəqin ki. İlk səhnədə Rokki pilləkənləri çıxmaqda çətinlik çəkir, ikincisində isə bunu bacarır. Bu iki səhnə əslində iki saat fasilə çəkildi. Birincisi günəş doğmazdan əvvəl ikincisi günəş doğandan sonra...

Rokki-nin iti Butkus, Slvester Stallonenin gerçək həyatdakı iti idi. O, əlinə düşən ilk pul ilə itini geri almışdı. Bundan əlavə Stallone filmdə nəfəsinin çatmadığını gördükdən sonra siqareti də tərgitmişdi.

Film sadəcə 28 gündə çəkildi və Oskar alan ilk idman filmi kimi də tarixə düşdü.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0231 saniye