Yuxarı
Susqun tərəfindən "Hekayə" bolməsinə 03:03 05 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Yuxarı

(05.10.2015)


Proloq.

Xoşbəxtlik axtarışında 12-ci həqiqəti dərk etdikdən sonra davam edən "yüksəliş", "irəliləmə" və də "yuxarı"-ya çatmaq. Daha çox öyrənmək, öyrətmək arzusu ilə.

Əlavə qeyd: Bu əsər deyil, sadəcə söhbətdir, metroda, avtobusda, ya da sıxıcı dərslər zamanı arxa partada. Bəlkə də audiobook vasitəsilə qulaqcıqda.

Bölüm 1. Bölünmə.

Təxmini olaraq yarım ilə yaxındır ki, heç nə yazmırdım. Çətin və çətin olmayan vaxtlarım oldu. 6 aya yaxındır ki, görürəm, eşidirəm, oxuyuram, informasiya mübadilə aparıram bir fenomen kimi sosiumla. Ancaq, nə qədər aliləşsək də, həqiqətən, bir nəfərə ehtiyacımız olur. Dost, sevgili, ailə üzvü, parkda oturarkən söhbətləşmək istəyən qoca, alkoqolist, balaca uşaq, fövqəl varlıqlar ya da Taylorlar. Kiməsə ehtiyacımız var. Heç biri də olmayanda, ya klaviaturada sürətli yazmağı öyrənirik, ya da qələmə sarılırıq.

Elvin var, ən əsas müəllimlərimdən. Bəlkə də tək müəllimim. Kimlərə görə mənim Taylorum, kimlərə görə sadəcə adi bir insan, kimlərə görə "sənədlərdə itmiş" biri. İnsanları başa düşürəm, "reallıqları o qədər kasıbdır ki, yüksək səviyyə reallıqları fantaziya kimi qəbul edirlər", buna məcburdurlar. Hər kəs hər şeyi bilməməlidir, yoxsa insanoğlu bütün quruluşları məhv edər, heç kəs idarə etməz, heç kəs idarə edilməz.

Bir il əvvəl Bakıdaydıq, söhbətləşirdik. Bəzi qərarlar qəbul etdiyini dedi. Həyatında ciddi işlər görməliydi. 8 dil biliyi, Anonimosun tanıdığı diplom, 190 İQ göstəricisi və heç kəsin tanımadığı biri. Nəsə böyük bir şey. Böyük səhifələri qırıb, "Hacked by Jack Nineteen" yazmağı təklif etdim, şan-şöhrət istəmədiyini dedi. Biznes qurmağı təklif elədim, pul-parada gözünün olmadığını dedi. Bankalra CV atmağını və kiber-müdafiə rolunda işləməyi dedim, razı olmadı. Mənə nələrisə kəşf etməyi istədiyini söylədi. Əlbəttə, bunu 7-dən 77-yə hər kəs arzu edir ancaq çox az adam reallaşdırır. Mənə, cəmi 1 ildən sonra NASA-ya bir işçi, ya da alim kimi qəbul olacağını söylədi. Düzü, inanmaq istəsəm də, inana bilmədim.

İki gün əvvəl Skype vasitəsilə söhbətimizdə mənə yaxşı xəbər adı ilə NASA-ya təqdim etdiyi proyektin qəbul olduğunu və onu birbaşa görüş üçün Nyu-Yorka qəbul etdiklərini söylədi. Əla xəbər idi. Getdi. Çoxlarının düşünə bilməyəcəyi həyatı yaşamağa getdi.

13 ay əvvəl "Xoşbəxtlik axtarışında" əsərimi yazanda, bölünməyə başlamışdım, bu əsər o axtarışın fərqli ölçüdə axtarışıdır. Fərqli dəyərlər naminə sərf edilən ümumbəşəri enerji. Bu dəfə nəyi nə necə axtardığımı da bilmirdim, üstəlik. Başladım. Deyəsən, bölünmə başlayırdı.

Bölüm 2. Satanist "sat-ıcı".

Son 1 ildə oxuduğum ən möhtəşəm kitab Sartırın "Varlıq və heçlik"-idir ki, təssüf ki, onu da sona qədər analitik oxuya bilmədim, deyəsən bacarmadım. Qısaca izah edim, kitabı. Sartır deyir ki, hər şey əvvəldən məlumdur. Yox, taleh-qismət şəklində dəyərləndirmir məsələləri. Misal üçün, Sartırı Sartır edən bir cümlə var, "İnsan azadlığa məhkumdur". Bir nəfər tanışım var, 10 il həbsdə yatıb, 9-cu sinifdən məktəbdən çıxan bu insan, 10 ilə deyir ki, 500-dən çox kitab oxuyub. Bu cümləni dedim, 15 dəqiqə susdu. Sonra da 40 yaşlarında (təxmini) kişi gözümün qarşısında ağladı. Təsəvvür eliyin. Həmin insana qarşı empatiya və şəfqət duyun, idiopatik olaraq ağrılar hiss edəcəksiz. Yəni, mənbəsi və səbəbi bilinməyən ağrılar. Əslində, "azadlıq" deyə bir şey yoxdur ki, "azadlıqdan məhrum edilmə" də olsun. Yəni, insanı qanunlara əsasən niyə tuturlar ki? Oğurluq, cinayət və s. Bəs insan niyə bunlar edir? Çünki, kapitalizmdə yaşıyırıq, həyatım üzərinə mərc girərəm ki, əgər hər kəsin hər şeyi olsa, cinayət deyə anlayışın nə olduğunu nəvələrimizə heç cürə izah edə bilmərik. Sistemi yaradırlar, sonra da sistemdə "azadlıq" anlayışı yaranır. Sağ varsa, sol var, ağ varsa, qara var, gecə varsa, gündüz var, azadlıq varsa...

Məhbus yatan dostumla söhbətdə anladım ki, bizim azadlığımız mövcud deyil. Bu o demək deyil ki, azadlıqdan məhrum ola bilərik, xeyr, insanoidlərə azı 7 planet verilib və planeti bölüşdürmək və bölüşdürmə uğrunda müharibə, kapitalizm, pul, seks, qadın, din kimi məhfumları sadəcə zirvəyə çıxarkən, altında qalması üçün gərəkən quru skelet başlarının olması üçün yaradıblar. Yəni ki, ən ağıllı insanlar bütün maddi nemətləri mənimsəmək üçün bu sistemləri yaradıblar. Təsəvvür eliyin, paleolitdə yaşıyırıq, az-çox dolanışığın var, bir gün biri gəlir ki, əlindəkinin yarısın mənə verməsən, sənə hücum edəcəklər. "Niyə ay qardaş, nəyə görə verməliyəm ki?", "Vermirsən? Onda təhlükəni gözlə!". Beləcə dövlət quruluşları yaranır. Bəs insan bunu necə düşündü? İlk dəfə azşüurlu heyvanlar planetin, təbiətin qanununa uyğun olaraq özündən zəiflərə hücum edirdi, həyatda qalmaq üçün. Qısaca təbiətdəki güc dövranı, güclülər zəifləri yeyir. İnsan da, yeyilə-yeyilə güclü olmağı öyrəndi. Silahları kəşf etdi, odu kəşf etdi, dinləri, kapitalizmi, azadlıq anlayışını və s. Başladı zirvəyə çıxmağa, bütün yer kürəsindəki varlıqlara qalib gəldi. İnsanlardan başqa. Bax, bu məqam ən təhlükəlisi idi.

Gələk Sartıra. Deyir ki, filosofumuz, hər şey əvvəlcədən məlumdur və buna qısaca astrofiziki ardıcıllıq deyə bilərik. Bir iki məlumatını izah edim bu ardıcıllığın. Adi "slayd-şou" haqqda yəqin bilirsiz. Ya da ən adi videolarda ana sığışdırılan 24 kadr məsələsin. Bax, bunlar "astrofizik ardıcıllığın" virtual adlarıdır. Yəni, hərəkət vasitəsilə yaranan növbəti an səndən əvvəl planlaşdırılıb. Necə? Allah? Tanrı? Təbiət? Yox! Heç biri.

Sartır deyir ki, "fenomenoloji ontolojik təkrarolunmaya" əsasən planetimizdə iki cür fenomen var, "təsir edə bilən" və "təsir edə bilməyən". Qısaca buna canlı və cansız aləm deyək. Bir insan üçün bir almanın gerçəkliyinin sübutu sadəcə 5 dənədir. Almanın dadına baxacaq, toxunub hiss edəcək, qoxusunu alacaq, yeyərkən səsəini eşidəcək və də almanı görəcək. Bu qədər. İnsan fenomeni almanın gerçəkliyini sadəcə 5 üsülda sübut etdi. Hər 5 üsul duyğu orqanları vasitəsilə idi. Parapsixologiya elmindən bildiyimiz kimi, hər duyğu orqanı beyinə müvafiq siqnallar ötürür. Yəni ki, almanın gerçəkliyi 5 siqnalla sübut edilə bilər. Bəs alma? O insanı sübut edə bilər? Axı o da fenomendir. Deyil ki? Almanın fiziki quruluşunu dəyişəcək bütün təsiretmə metodları, almaya görə insanın varlığını sübut edən amillərdir. Buna da Sartır "İnsana nəzərən almanın insanın varlığını sübut etməsi" deyir. Alma sadəcə reformasiyaya uğruya bilər və parçaları dağıdıla bilər. Yəni, insan ya almanı parçalaya bilər ya da onun parçalarını ayrı cür birləşdirə bilər, heç bir parçası digər parçalardan uzaqda qalmamaq şərti ilə. Fenomenlərarası ontolojik təkrarolunmaya xoş gəlmisiz, astrofiziki ardıcıllığın şüursuz varlıqları.

Hər şey burda bitmir. Sartır deyir ki, əslində var olan hər şey, əslində yoxdur. Bəli. Axı almanın varlığını sübut etdik. Bəs sənin öz varlığın? Axı onu da alma sübut etdi, 5+2 sübutumuz var. Yox, heç nə yoxdur, hamımız yuxudayıq, kosmoloji şüurun 5-cü ölçüdəki sükut anında. Bəlkə yuxuda, bəlkə də virtual aləmdə. Cənnət? Ruhlar? Paralel dünya? Gələcək? Keçmiş? Plutonun şəkilləri? Astrofiziki ardıcıllıq? Allah? Sizə hansı rahatdısa o cavabı da mənimsəyin. Beyniniz hansını öyrənməkdə çətinlik çəkmirsə, onu. Mənsə yuxarıya gedəcəm.

Niyə bölümün adı satanist satıcıdır ki? Nə Satanizm var, nə də satıcılar. İnsan kapitalizmi yaratdı. Çünki, ehtiyacı var. Əli çatacaq bütün varlıqları, qarışqaları, bitkiləri, quşları, amöbləri belə idarə etdi. Ancaq texnologiyası "yadplanetliləri" idarə etməyə çatmadı. Planetin cazibə qüvvəsi "yuxarı" çıxmağa qoymadı bizi. Nə edək? Dinləri yaratdıq. "Başınızı qatın, uşaqlar, bu da sizə ən yeni model oyuncaq." Hə, unutmadan, bir də bunun əksi olmalıdır. Axı azadlıq varsa, əksi də var idi. Buna rəsi olaraq Satanizm dedilər. Yox, heç nə satmırlar hələ ki. Beynəlmiləl olaraq insanların təmsil dili olan ingiliscədən tərcümədə Şeytanın dini, ideyası və s. Gələk Satanizmin əsas 21 nöqtəsinə və ya əsas 21 qaydasına. Əgər kiməsə bu qaydalar maraqldırsa, "Xoşbəxtlik axtarışında"-nı oxusunlar, ya da Googleda axtarış edib tapsın. 13-cü nöqtəyə əsasən, "Quru kəllələrdən ibarət olan piramidanın üstündə duran adam hər şeyi görə bilir." Bir dəqiqə. Yuxarı çıxırıq? Digər planetlərdə yaşayanları idarə etmək üçün? Aha. Amma əvvəlcə yanındakıları əzməli və məhv etməlisən, bunun üçün Kaptalizm bəsdir.

Niyə məhz piramida? Çünki, beynəlmiləl aləmdə insanları təmsil edən "üçbucaq" kimi simvoldur. Hə, siyasət aləmində bayraqlar təmsil edirsə, planetar səviyyədə simvollar. Bəs irəli niyə getmirik ki? Axı "irəli getmək" yaxşı anlayışdır. Axı, irəli getsək hər şey yaxşı olar. Yox. Lap, Nitşenin sözü yadıma düşdü, "Tanrı insanlara söz verdi ki yaxşı və sözə qulaq asan qadınlardan dünyanın hər bir küncündə olacaq. Daha sonra dünyanı kürə etdi və güldü, güldü, bir daha güldü." Kürə şəklində nə qədər irəli getmək olar ki? Sonda yenə olduğun nöqtəyə qayıdacaqsansa. Hansı ağılla bu cür təşkilatlar yaradırlar ki? Niyə düşünmürük ki? Çünki, insanları alçaltmaq lazımdır, quyruğunuzu izləyin, cavab ordadıdır, lap itlər kimi. Heç cür alınmayacaq, dostum. Yuxarıya çıxmaq lazımdır, hər nə qədər nəzəri də olsa bu söz. Digərlərini əzərək, tapdalayaraq, Kapitalizmi də unutmadan.

İnsan Kapitalizmə əsasən satıcıdır, yəni pul qazanmaq üçün, daima nəsə satmalısan, məhsul, ideya, fikir və s. Daima satıcı olmalısan. Yuxarı çıxanlar kimlərdir bəs? Göydələnlərdəki, satıcılar. Ulduzlara nə qədər yaxın olsalar, bir o qədər də yadplanetlilər üçün təhlükəli satıcılar. Satanist düşüncələrin təməlinə qurulmuş, satıcı sistemi. Yox, mən varlı insanları "satanist" adlandıran axmaqlardan deyiləm, sadəcə hər şeyin mənasız olduğunu deyən, mütləq və mütləq hansısa mövzuda cahil olan bir "satıcıyam". Fikirlərimi satıram, pulsuz, qarşılıqsız.

Sartırın fikirlərini daha yaxşı anlamaq üçün, mütləq və mütləq "Matrix" filmini izləyin, çalışın, satın, fikirləri, məhsulları və də qiymətə malik əşyaları. İnsanları isə satmayın.


Bölüm 3. Texno.

Ən sevdiyim 10 kitabın adını soruşsaz, mütləq ikisinin müəllifi Oşo olar. Bilirəm, yazıçı deyil, özü yazmayıb, ancaq qəbul edək ki, əla kitabları var. Hər kəsin çox şey öyrənəcəyi tipdən. Mənə ən maraqlısıd odur ki, o cür zəka texnologiya ilə tanışsaydı, nələrdən yazardı? Texnoloji inkişafın astanasında, 1990-da yox, 2010-da ölsəydi, nələrdən yazardı? Məncə, "Das Kapital"-ı üstələyəcək bir kitab ola bilərdi.

Bu gün Texnologiya elə səviyyəyə çatıb ki, bunun vasitəsilə çox şey etmək olar. Misal, gözəl bir deyim var, "Cavabı Googleda olan şeyləri soruşma." Görün, nə qədər informasiya bazası var ki, Google-n bu məsəl də yaranıb. Düşünün, "Google Glass" insanların göz şkalasını DNA banka atır, "Smart Stay" da həmçinin. Hələ barmaq izi ilə işləyən telefonları demirəm. Yaxşı, başa düşdük, insanların bütün lazım olan və olmayan informasiyalarını depolayırlar. Niyə axı? Mən ən sadə ticarət mərkəzində işləyən, axşamlar aldığım günlük maaşın sadəcə 1 manatını kontura verən və sevgilimlə, ailəmlə danışan, uzağı dostumla bəzi məsələləri müzakirə edən sadə adamamsa, məni neyləyirlər axı?

Sadə izah verim, bir gün, yaxşı satıcı olsaz, sizin öhdənizdən gələrkən, sonra sizi manqurt ya da robot şəklində 0-dan yığmaq üçün lazım olacaq.

Başqa bir izahla Kaballaha müraciət edəcəm, təsəvvür eliyin, dünya sadəcə 1 milyard əhali üçün nəzərdə tutulub, yəni ətrafınızda gördüyünüz hər 7 nəfərdən sadəcə biri qalacaq. Niyə axı? Ən yaxşıları orada yenidən yaradılacaq. İlk dəfə Tomas Morre "Utopiya" əsərində bədii başlanğıcını "Siyasi əsər" kimi başatdı. Sonra "Günəş şəhəri", "Paralel kosmos", "Reinkarnasiya", "Cənnət" və s. Sonda da Azərbaycan xalqına məlum olan, "Evakuasiya". Tarix elmi bizə öyrədir ki, dünya müharibəsi olub, filan ölkə filan ölkəni işğal edib, o bunu öldürüb, o bunu eliyib və s. Desəm ki, insanoidlər olaraq başqa yaşam forumlarının "işğalı" altındayıq, necə reaksiya verərsiz? 5D Holoqrafiya texnologiyası olan insanlar sadəcə 9 ilə Plutona çatdı? Əla xəbərdir, NASA, bəs desəm ki, Marsda suyun olmasını 74-cü cəhddə tapdıq? Sizcə bu qədər kasıbıq texnologiya baxımından? Yox, sadəcə dünyanın borcları çoxdur. Kimə, Marsa borcumuz var?

Dünyada iki bank var ki, Avala (bütün qara bazar işlərinin aparıldığı bank) və Federal Mərkəzi Bank (bütün ağ işlərin aparıldığ bank). Bu iki bank insanları xərçəng bürcünün simvolu kimi, bir-birləri ilə sıx əlaqədə olaraq nəzarətdə saxlayır, ya da Kamasutradakı 69 kimi. İnsan o qədər mi acizdir ki, bir qarış torpaq üçün bir-birini qırsın? O qədər axmaq deyilik, eyni səma altındayıq, yaxşı bəs Yer kürəsi bəs etmirsə niyə başqa planetə çıxmırıq? Niyə yarada bilmədik ki? Niyə uyğun planeti tapmadıq ki? Tapa bilmədik? Yox, cavablara hazır olun, özü ilə yeni suallar gətirəcək cavablar. İnsanoğlu devalvasiya ilə belə Kapitalizmdən qurtula bilməyəcək, üçüncü dünya müharibəsi isə başlayıb, beynəlmiləl müharibəsə isə çoxdan uduzmuşuq, hazırda ikinci dünya müharibəsindən sonrakı Yaponiya kimiyik, planet olaraq, sadəcə təkmilləşirik ki, bir gün bizi işğal edəni əzə bilək.


Bölüm 4. Köstəbək.

Elvinlə NASA haqqda xeyli araşdırmalar apardıq. NASA. Düşünə bilirsiz? 8 il əvvəl Azərbaycanda universitetlərin birindən 19 kəsrlə ayrılan tələbə, 8 il sonra NASA-ya qəbul edilir, Harvard universitetinin diplomu və Anonimosun sertfikat-diplomu ilə. İnandırıcı deyil, hə? Onda Allaha inanın.

8 il əvvəl, "Dur bayıra çıx, tərbiyəsiz, dərsdə kitab oxumaq müəllimə qarşı birbaşa tərbiyəsizlikdir" deyən müəllim və onun yetişdirdiyi övladı Elvinin son 5 ildə dərs dediyi şagirdinə kredit ödüyür hazırda, müəllimin qazancı min manatdan aşağıdır və Elvin Lamborghinisi ilə selfie çəkdirmişdi.

Niyə? Axı, o tərbiyəsiz idi. Bəlkə biz də tərbiyəsiz olaq? Həyatın açarı budur? Tərbiyə? Kitab oxumaq? Pul? Lamborghini? Kredit?

Yox. Qarşı tərəfi özündən asılı sala bilmə bacarığı. Necə olursa olsun, "Para ovçusu" filmindəki "qələm satma" səhnəsi kimi, qarşı tərəfin sənə ehtiyacı olduğunu ona sübut elə, yetər, tərbiyəni isə boş ver.

NASA haqqda çoxunun bilmədiyi şeylər öyrəndik. Hələ də bölüşmək fikrim yoxdur, bölüşsəm sadəcə "hə, əla kitab idi" deyəcəksiz, onsuz da çox şey dəyişməyəcək. Bəs yuxarı necə çıxdım? Bilmirəm.

Casusluq və ya köstəbəklik sosimun əsas silahlarından biridir, insanı casus edən isə, digər cinayət, oğurluq və s. amillər kimi puldur. Bu isə ümumilikdə məhvetmənin düsturudur.

(ardı var)

 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+18=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0327 saniye