Yuxu
cəmilə tərəfindən "Hekayə" bolməsinə 23:53 09 iyun 2014 tarixində əlavə olunmuşdur

Ətrafımdakı heçkəsi görməyəcək qədər xoşbəxt idim.Biran elə gəldi ki, səhnədəki mən deyiləm.Unutdum harda olduğumu və gülməyə başladım.Nə olduğunu anlamadan özümü bir otaqd tapdım.Səhnədə nə olmuşdu bilmirdim.Deyəsən içkili halda çıxmışdım.O qədər pivədən sonra ağılla hərəkət etməyimi heçkəs gözləmirdi yəqin ki.Yox əşi mən hardaydım heç onu bilmirdim mən.Ətrafımdakı səslərdən bezmiş kimi tək bir söyüş söyüb ordn ayrıldım.Filmlərdə ayrılan qız və oğlan səhnəsini düşünün.Qız deyir:"Arxamca gəlmə əsla"Mən də elə o ədayla otağı tərk etdim.

Hava getdikcə qaralmışdı.Deyəsən yağış yağmaq istəyirdi.Mənsə artıq yorulmuşdum.Hara gedəcəyimi bilmirdim.Lənət olsun.Axı hara gedəcəm?!Adımı soruşsalar xatırlamayacaq qədər içkiliydimm.Ciblərimi eşələdim.Sadəcə avtobusa verəcək qədər pulum vardı.Tanrım, mən hardaydım axı?!Kiməm mən?!Aylardır istədiyim şeyə çatdıqdan sonra özümü axmaq kimi göstərmişdim.Yəqin ki işimdən qovulmuşdum və artıq pianoma toxuna bilməyəcəkdim.Şöhrət həyatım bitmişdi.Ağlıma gəldikcə vecsiz bir gülümsəmə yaraşardı indi.Son siqaretimi onun yanında keçirəcəkdim.Onun -qadınımın.Əlbəttə evli bir qadınla birliktə olduğumu heçkəs bilmirdi.Düzünü desəm, mən də bunu yeni öyrənmişdim.Qəribəsi isə odur ki, mən təsadüfən tanıdığım qızın öz müdirimin arvadı olduğunu ilk və deyəsən sonuncu konsertimdə öyrənmişdim.Özü də konsertdən bir saat əvvəl.Təsəvvür edin sevgilinizə zəng etmisiniz, telefonu müdiriniz açır.Bundan daha mal bir ssenari ancaq məndən çıxar.Onu son dəfə görüb çıxıb gedəcəkdim.Amma son siqaretimi onun qoxusundan sonra duymalıydım.Buna qəti qərar vermişdim.Ciyərlərimə bir cənnət yaşatmadan zəhəri verə bilməzdim.Qaçaraq onun getdim.Bilirdim ki orda məni gözləyir.Gözləri, ah o gözləri.Yaşla dolmuşdu.Qapı açıq idi.

-Burda neynirsən?

-Bilmirəm.Bəs sən?

-Mən son siqareti sənin yanında çəkmək istədim

-İçmə o zəhəri

Elə bu an onu bərk bərk qucaqladım.Nə etdiyimi bilmirdim.Niyə burdaydım axı?!Sevdiyim qadın bir başqasının imiş.O gecələr,nəfəslərimizin toxunduğu gecələr yalan imiş.Gülüşü idi tək təsəllim.Onun xoşbəxtliyini görmüşdüm yanımdaykən.

Bir saat ərzində beləcə qalmışdıq.Mənsə bunun fərqində belə deyildim.Sevinirdim.Çünki onun yanındaydım.Sevdiyim qadından daha başqa bir şeyi qucaqlayırdım.

-Dayan, bir dəqiqə.Axı sən məni necə hələ də sevirsən?!

-Yalançı sevgilim, deyib gülümsədim

Saçlarını öpdüm,biraz qoxladım.Əllərimi üzündə gəzdirdim.Sevgi deyilən bu lənət hissin məni xoşbəxt etməsi.

-Səni sevirəm, Məryəm.Səni səndən qoruyacaq qədər sevirəm.Amma getməliyəm.Bağışla, can.Ona görə yox ki sən evlisən,ona görə ki mən sənin vicdan əzabın olmaq istəmirəm.Qoy elə sevdiyin adam kimi qalım.

-Bəs mən?Mən sənsiz neyləyəcəm?!

-Sən mənsiz qalmayacaqsan ki.Öldüyüm gün ağlayarsan.Söz verirəm, əgər ölsəm sənə bir teleqraf vuracam.Ya da məktub.

-Sən nə danışırsan axı?!

-Musiqi həyatım bitdi Məryəm.Geri dönüşü yoxdur.Narahat olma ərinə heç birşey demədim.Xoşbəxt olmağa çalış.Bağışla qarşına gec çıxdım

-Gecikmiş sevgilim , deyib gülümsədi.

Siqaretimi çıxardım.Yandırmaq üçün mətbəxə keçdim.Geri döndüyümdə Məryəm otaqd yox idi.Həryeri axtardım.Tapa bilmədim.Son bir dəfə öpmədən getmişdi.Heç adəti deyildi axı.Nə danışırsan mal?!Qız səni tərk edib.Sənin kimi axmağı neynəsin axı?!Yox, yox.Telefonumu əlimə aldım.Mesajlar bölümündə idi.Dərhal oxudum.

"Əzizim, bağışla.Mən sənə bir dəfə gecikdim.Bir dah səni itirmək niyyətim yoxdu.Evdən özümə aid nə varsa alıb gələcəm,gözlə məni.

Xoşbəxt idim.O onu yox məni seçmişdi.Siqareti kənara atıb özümü çölə atdım.Qaçmağa başladım.Bir neçə metr qaçdıqdan sonra camaatın yığışdığını görür.Sanki bir anlıq nəfəsi dayanır.Çünki fəryadı eşidir.Yaxınlaşır və Məryəmi görür.

Yuxudan oyanan Bəhruz budilniki söndürür.Və Məryəmi qucaqlayaraq gülümsəyir.

 

 


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+16=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0221 saniye