YUXU
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 23:56 14 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yox oldu bir anlıq kədərim, qəmim
Olmadı heç nədən kəsirim, kəmim. 
Əyləşdi yanımda, könül həmdəmim, 
Çin olsun bu gecə gördüyüm yuxu.

Ruh ilə qovuşdu ilk dəfə bu can, 
Dünyada ən xoşbəxt mən idim o an,
Bitməsin bu röya, sökülməsin dan,
Çin olsun bu gecə gördüyüm yuxu.

Çəkdiyim dərdləri bir baxış sildi, 
Ürəklər son dəfə qovuşa bildi. 
O yara həsrətəm gör neçə ildi-
Çin olsun bu gecə gördüyüm yuxu.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye