Yuxu
Mushfiq Shukurlu tərəfindən "" bolməsinə 13:19 07 noyabr 2013 tarixində əlavə olunmuşdur

          Gecədir və artıq maşındayıq. Maşını sən sürürsən və biz səliqəli yolla qaranlığın içində çəhrayı şəkildə işıqlanan uzaqdakı yüksək təpələrə doğru gedirik. Sən belə şeyin heç mümkün ola biləcəyinə inanırsan? Mənsə bunu yaşadığımızı deyirəm...

          Bəlkə də axşamtərəfidir, dəqiq bilmirəm.  Amma gecə olduğuna da əminəm. Mən sükanın üzərində duran zərif əllərinə baxıram və sənin kobud olub- olmamanla bağlı düşüncəm mənə zövq verir. Bu gün olduqca mülayimsən. Biz nədən danışırdıq, dəqiq xatırlamıram. Söhbətimiz ikimizə də zövq verir...

          ... Bu, çox uzun çəkdi əslində. Hər şeyi danışmaq və həmin zamanın böyüklüyünü ifadə eləmək üçün sözlərimin və yaddaşımın nə qədər kasad olduğuna inanırsan, yəqin.

          Sonra maşın dayanır və polis mənə yaxınlarda təyyarə qəzası olduğunu söyləyir. Yanğının şöləsini sezirəm. Sən nəyəsə haqq qazandırırsan, “ təyyarələr yananda ağzınızı açmayın” deyə bir səs eşidirəm kənardan. Bunun nə demək olduğunu anlamaq belə istəmirəm. Sözsüz- kəlməsiz sonsuza qədər belə gedə bilərik onsuz da...


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0328 saniye