Yuxuma gəl
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 18:00 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sevəcəyəm səni gülüm,
Nə qədər var canda canım.
Sənsiz dünya bir heç mənə,
Təkcə sənsən, sən gümanım. 

Gözlərimi yumdum yatam,
Sən yuxuma gəldin gecə.
Söhbət etdik ta sübhədək,
Yatdım bilmirəm heç necə. 

Sənsiz günüm bir gün deyil,
Yuxuma gəl heç olmasa.
Yuxularda dindir məni,
Hərdən də gül heç olmasa. 

Çıxıb yadımdan gülüşün,
Yox, yaddaşım pozulmayıb.
Gəlsən məlhəmdi gəlişin,
Bu bəxt mənə yazılmayıb? 

Vəfasızmı deyim sənə,
Yoxsa tale belə yazmış?
Bəlkə mənim o bəxt payım
Dumanlıqda, çəndə azmış.


... dəfə oxunub
Qiymət: 9/10(1001 səs)
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0267 saniye