Zalım olanın zülmü bu insanlığa sığmaz....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:32 02 iyun 2015 tarixində əlavə olunmuşdur

Zalım olanın zülmü bu insanlığa sığmaz,
Məzlum olanın əzmi bu üryanlığa sığmaz.

Bəs etməsə ariflərə versən də işarə,
Cahil olanın elmi bu ürfanlığa sığmaz.

Qəvvas üzə bilməzsə əgər ümman içində,
Dəryada gəmi üzməyi ümmanlığa sığmaz.

Versən də könül qəlbi dönük türfə gözəllər,
Qurban edə canın,canı qurbanlığa sığmaz.

Məcnun kimi rüsvayi-cahan olma ki,Mövlud,
Çoxdan unudub Leylini,dövranlığa sığmaz.

28.11.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0458 saniye