Zaman gedir
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 13:27 19 iyul 2015 tarixində əlavə olunmuşdur

Zaman gedir, saatın əqrəblərini əksinə qaytarmır
Səhv-düz bütün əməllərin hərəkətdə bilinir.
Bir gecə oturub düşünürsən və görürsən ki,
Sən demə insan öz-özünün bəlası olur.

Kin, nifrət niyə insan bu xüsusiyyətlərə malik olur
Hanı bəs sevgi, insan ürəyi hər zaman buz kimi olmur.
Bir gün dayan güzgünün qarşısında və danış onunla
Soruş...! Sən kimsən, içimdə yatan insan kimdir?!

Ataraq hər şeyi, çantaya yığ hisslərivi
Qaç get uzaqa, amma onsuzda tək olmayacaqsan.
Bədənivin daxilində, bir insan daha olacaq 
Doyunca danış, qayıdanda isə gəlmə eyni yoldan...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0264 saniye