Zamanın fırtınasında itənlər
Etibar Nasir tərəfindən "Esse" bolməsinə 18:58 29 iyun 2015 tarixində əlavə olunmuşdur

Hərdən düşünürəm ki, bu yaşa yetişmişəm, kimləri görmüşəm və kimləri tanıyıram?!Görürəm ki, hələ də zəngin siyahım yoxdur. Təşvişlə düşünürəm ki, mənim ömrüm uzağı yas mərasimim bitənə qədər davam edəcək. Bu sizin üçün qəribə səslənə bilər, ancaq çalışacam fikrimə daha geniş izah verim. Bir az da diqqət etdim, gördüm ki, yaddaşımın keçmişində qalanlardan Əhməd kişi və Seyyid Rafiq var. Bunlar kəndimizə körpü salıblar. İndi onları heç tanımayan belə “Əhməd körpüsünün yanında idim” və ya “Rafiq körpüsündən keçəndə” deyirlər.Bax onları mən tənıyıram, cavan nəsil tanımır, amma hələ də adları dillərindədir və xoş niyyətlə yad edirlər.Hər dəfə həmin körpüdən keçəndə ruhlarına rəhmət oxuyur, onlar üçün dua edirlər. Bəs mən? Cavab mənfidir. Yaxud da dahilərdən Nizami Gəncəvi, Məhəmməd Fizuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi və s. Siyahını daha da uzatmaq olar. Bu dahilərin xatirəsi ta qiyamətədək yaşayacaqdır. Yaşayırlar da! Lakin, mən indi çoxunun yadından çıxardığı bir şəxs haqqında danışmaq istəyirəm. Əslində o da qiyamətə qədər xatirəsinin yaşamağa haqqı olanlardandır. Bu şəxs İbrahimdir. Bu şəxsin el-obamız üçün çox zəhməti və xidməti keçib. Bizim kəndimiz salınandan cammatın rifahı üçün çox əziyyət çəkib. Kəndimiz üçün qəbristanlıq ərazisini Sovet hökümətindən o alıb.İbrahim camaat arasında böyük nüfuz sahibi idi. Böyük əzmlə kənd təsərrüfatı üçün su çətinliyini həll etmişdi, içməli su üçün artezian quyusunu qurdurmuşdu. İşsizlərin iş çətinliyini həll edər, imkansızlar üçün toy edərdi. Kənddə məktəbin olmağının baiskarı odur.

İbrahim babanın xidmətlərini mən bu qədər saydım, halbuki saya bilmədiklərim bundan daha çoxdur. Belə bir şəxsiyyətin bu boyda el-obanın üzərində haqqı var. Amma çoxları kimi indi o da zamanın fırtınasında itib.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Etibar Nasir
Əlaqə
E-mail:
jafariyyah@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.039 saniye